İQTİSADİYYAT
R.Nikolaişvili: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi prioritet layihələrdəndir
Bakı, 5 avqust (AZƏRTAC). Gürcüstanın prioritet layihələri arasında Şərq-Qərb sürətli avtomobil magistralının, körpü və tunellərin tikintisi və bərpası, Bakı-Tbilisi-Qars yeni dəmir yol xəttinin tikintisi, su təchizatı və suvarma sisteminin bərpası əsas yeri tutur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili ölkədə həyata keçirilən prioritet layihələr barədə münasibətini bildirərkən demişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin əhəmiyyətindən danışan nazir qeyd etmişdir ki, bu sahəyə 2009-cu ildə ümumilikdə 812 milyon lari investisiya yatırılmış, 23,9 min nəfər işlə təmin edilmişdir. Keçən il layihəyə qoyulan investisiya 912 milyon lariyə çatmış, 31 min nəfər işlə təmin olunmuşdur. Bu ilin sonunadək nazirlik 44,4 min insanı işə qəbul edəcəkdir.