DÜNYA
Roma Papası Kubada səfərdədir
Vatikan, 13 fevral, AZƏRTAC
Roma Papası Fransisk Kubada səfərdədir. Meksikaya yeddigünlük səfəri öncəsi Havanaya yola düşən Roma Papası burada Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill ilə görüşəcək. Müqəddəs Taxt-Tacın və Moskva Patriarxlığının birgə bəyanatında bu görüş “tarixi” görüş kimi qeyd olunub.
Bəyanatda, həmçinin vurğulanır ki, görüşün sonunda dini liderlərin birgə bəyanatının verilməsi və qətnamənin imzalanması nəzərdə tutulub. Tarixdə ilk dəfə baş tutacaq bu görüş iki kilsə arasında əlaqələrin önəmli səhifəsi olacaq. Eyni zamanda, xoşniyyətli bütün insanların böyük ümid bəslədiyi görüşün müsbət nəticələr verəcəyi vurğulanıb.
İtaliya Prezidenti Sergio Mattarella bu görüşün bütün xristian dünyası və dialoq mədəniyyətinin gücünə inananlar üçün fundamental əhəmiyyətə malik olduğunu bildirib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan