DÜNYA
ROMADA SEVGİLİLƏRİN SƏDAQƏT ANDI İÇDİKLƏRİ DİRƏK YIXILMIŞDIR
AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Romada məşhur Milvio körpüsündə fənər dirəyi yıxılmışdır. Gənc sevgililər həmin dirəkdən qıfıllı zəncirlər asır və bir-birinə sədaqət andı içərək, qıfılların açarlarını Tibrə atırdılar. Dirək ağırlığa davam gətirməmişdir.
Bu hadisədən xəbər tutan Roma meri Valter Veltroni bütün qıfıllı zəncirləri yığıb bələdiyyə idarəsinin binasına gətirməyi əmr etmişdir. O demişdir: “İndi bu sevgi rəmzləri Kapitolidə saxlanacaq”.
Ponte Milvioda fənər dirəyindən qıfıllar asmaq adəti 1992-ci ildə Federiko Moççun “Səma üzərində üç metr” romanı çapdan çıxandan sonra yaranmışdır. Romanda sevgililər məhz belə hərəkət edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]