İDMAN
Roman Qrojanı Formula 1 Sahir Qran-Prisində Petro Fittipaldi əvəz edəcək
Bakı, 30 noyabr, AZƏRTAC
“Haas” komandası Formula 1 Sahir Qran-Prisi üçün heyətinə açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ötən gün Bəhreyn Qran-Prisində zədələnən Roman Qrojan növbəti yarışda iştirak etməyəcək. Onu Petro Fittipaldi əvəz edəcək.
P.Fittipaldi Formula 1 üzrə ikiqat dünya çempionu Emerson Fittipaldinin nəvəsidir.
Formula 1 Sahir Qran-Prisi dekabrın 6-da Bəhreyndə təşkil olunacaq.
Qeyd edək ki, mövsümün 15-ci yarışında "Haas" komandasının pilotu R.Qrojan birinci dövrədə qəza törədib. Belə ki, sürətlə trasın kənarındakı səddə çırpılan bolid iki yerə ayrılaraq alışıb. Fransalı pilot yanıq xəsarətləri alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:27]
Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub
- 04.05.2024 [16:09]
Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub
- 04.05.2024 [15:05]
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
- 04.05.2024 [14:10]
Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib
- 04.05.2024 [12:31]