RONALDO SUBAYLIĞIN DAŞINI ATIR
AZƏRTAC Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, Madridin “Real” klubunun hücumçusu Ronaldo və onun sevgilisi Daniella Sisarelli yanvar ayında Parisdə toy edəcəklər. MTV telekanalında işləyən 24 yaşlı Sisarellinin sözlərinə görə, o, yanvarın 2-də futbolçunun xanımı olacaqdır. Ronaldo müsahibəsində demişdir: “Mən toy üçün Parisi təklif etdim, çünki o, çox romantik və gözəl şəhərdir”.
Onlar artıq üç aya yaxındır ki, görüşürlər, Ronaldo da “Real” klubunun və Braziliya yığma komandasının heyətində vurduğu bütün qolları öz sevgilisinə həsr edir.
Ronaldo ikinci dəfə evlənir. Ötən il o, dörd il birgə yaşadığı Milen Domingesdən ayrılmışdır. Futbolçunun ondan üç yaşlı oğlu var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [18:30]
Nyu-Yorkda Azərbaycanın Zəfər Gününə həsr olunan şahmat turniri
- 17.11.2026 [16:57]
Tanınmış Formula 1 pilotu yenidən “Dakar” rallisində mübarizə aparacaq
- 17.11.2026 [16:01]
Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub
- 17.11.2026 [15:01]
Mbappeyə qarşı irqçilik edən şəxs cəzalandırılıb
- 17.11.2026 [14:52]
Faiq Qarayev U-16 millisinin üzvləri ilə görüşüb
- 17.11.2026 [13:56]