Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
Vaşinqton, 22 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti ilə görüşə açıqdır, lakin hazırda belə bir görüş planlaşdırılmayıb.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio NBC telekanalının “Today” proqramına müsahibəsində bildirib.
“Prezident problemlərin həlli üçün dialoqun vacibliyinə inanır. Bu, qarşı tərəflə razılaşacağınız demək deyil. Hazırda hər hansı görüşün planlaşdırıldığını düşünmürəm, lakin müsbət nəticəyə gətirib çıxara biləcək belə bir görüşə açığıq”, – deyə Rubio bildirib.
Dövlət katibi vurğulayıb ki, mümkün danışıqların əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. “İran heç vaxt nüvə silahına malik ola bilməz”, - deyə o vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]