DÜNYA
Rubl dollar və avroya nisbətdə kəskin bahalaşıb
Bakı, 22 dekabr, AZƏRTAC
Moskva birjasında rublun dollar və avroya nisbətdə bahalaşdığı müşahidə olunub.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Amerika valyutası dekabrın 22-də keçirilən hərracda 1,48 rubl ucuzlaşaraq 57,07 rubla, avro isə 2,82 rubla ucuzlaşaraq 69,62 rubla satılıb.
Bivalyuta səbəti isə 2,1 rubl aşağı düşərək 62,72 rublda qərarlaşıb.
Rublun məzənnəsinin möhkəmlənməsinə dünya bazarında neftin bahalaşması və Rusiya valyutasına tələbatın artması səbəb olub.
Neft ixracatçıları təşkilatı (OPEC) nümayəndələrinin bazarın perspektivləri haqda optimist fikirləri fonunda neft artıq ikinci sessiyadır ki, bahalaşmaqda davam edir. Brent markalı neftin fevral üçün qiyməti London birjasında 1,47 faiz - 62,28 dollara qədər bahalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi
- 04.05.2024 [14:51]
Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub
- 04.05.2024 [14:41]
Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib
- 04.05.2024 [14:12]
Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir
- 04.05.2024 [13:51]