DÜNYA
Rumıniya benzinin qiymətinin bahalaşması səviyyəsinə görə dünyada birinci yeri tutur
Buxarest, 12 iyun (AZƏRTAC). ABŞ-ın Bloomberg agentliyi tərəfindən aparılan araşdırmaya əsasən Rumıniya bir litr benzinin bahalaşması səviyyəsinə görə dünyada birinci yeri tutur.
Araşdırma 61 ölkəni əhatə etmişdir. Bu il martın 31-dən aprelin 24-dək qiymətlərin müşahidəsi göstərmişdir ki, Rumıniya yanacağın bahalaşmasına görə birinci yerdədir. Bu zaman çərçivəsində ölkədə benzinin qiyməti 16 faiz artmışdır.
Rumıniyada benzinin bir litri 1,95 dollardır. Bu rəqəm ABŞ ilə müqayisədə 2 dəfə, Birləşmiş Ərəb Əmirlikləri ilə müqayisədə isə 4 dəfə çoxdur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]
Çexiyada pivə istehlakı tarixi minimuma enib
- 08.05.2024 [12:55]
“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir
- 08.05.2024 [12:45]