Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUMINİYA PREZİDENTİ TRAYAN BESESKUNUN BƏYANATI

- İlk növbədə, məni və nümayəndə heyətini Azərbaycana rəsmi səfərə dəvət etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Prezident Əliyevin burada dediyi kimi, biz kifayət qədər məsələləri geniş müzakirə etdik. Eyni zamanda, biz regional maraq və Avropa üçün maraq kəsb edən məsələləri nəzərdən keçirdik. NATO-nun üzvü olan və gələn il yanvarın 1-dən Avropa İttifaqının üzvü olacaq dövlət kimi Rumıniya xarici siyasətində Qara dəniz regionuna xüsusi diqqət yetirməyi davam etdirəcəkdir. Qara dəniz forumu çərçivəsində biz həmin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələlərini müzakirə etdik. Eyni zamanda, bunu Xəzər regionuna da şamil etmək istəyirik, çünki biz bu regionun enerji sərvətlərinin daşınmasında maraqlıyıq. Biz qonşuyuq və istəyirik ki, istər NATO, istərsə də Avropa İttifaqı baxımından eyni təhlükəsizlik sisteminin bir hissəsi olaq. Mən Prezident Əliyevi əmin etdim ki, Rumıniya bu sahədə Azərbaycanla öz təcrübəsini bölüşməyi davam etdirəcək və Azərbaycanın Avropa strukturlarına daxil olmasına kömək edəcəkdir.

Biz tam əminik ki, Azərbaycan regionda həm təhlükəsizlik, həm də enerji siyasətində müsbət töhfə vermiş bir ölkədir. Bu baxımdan biz qarşılıqlı əməkdaşlığımızı hər iki tərəfin maraqları əsasında davam etdirəcəyik. Dondurulmuş münaqişələrə aid məsələdə əməkdaşlığımızı davam etdirəcəyik. Mən demək istəyirəm ki, Rumıniyanın Albaniya, Ukrayna ilə çox gözəl münasibətləri var, Azərbaycanla əla münasibətləri var, Ermənistanla da yaxşı münasibətləri var. Amma bununla belə, yaxşı münasibətlərin olması bu fundamental prinsiplərin yaddan çıxarılmasına əsas ola bilməz. Rumıniya bir əsrdən çox müddət ərzində öz xarici siyasətində hər bir dövlətin ərazi bütövlüyü prinsipinə, sərhədlərin toxunulmazlığı prinsipinə həmişə hörmətlə yanaşmış və riayət etmişdir. Ona görə də hər hansı bir ərazi məsələsi və etnik məsələ ortaya çıxarsa, həmin prinsiplərdən uzaqlaşmaq mənfi hadisələrin baş verməsi ilə nəticələnə bilər. Hansı dövlət olursa-olsun, bu, onun təhlükəsizliyinə qarşı işləyə bilər. Ona görə sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün təmin edilməsi prinsipləri vacibdir və mən bunların üzərində bir daha dayanaraq təkrar edirəm. Mən hesab edirəm ki, Albaniya ilə olan xoş münasibətlərimiz, Moldova, Ukrayna, Rusiya Federasiyası ilə olan münasibətlərimiz əsasında biz müvafiq işlər görə bilərik. Lakin bu fundamental prinsiplərdən uzaqlaşmaq mümkün deyildir.

Mən xüsusi vurğulamaq istəyirəm ki, təhlükəsiz regionun yaradılmasına, xüsusən də Qara dəniz və Xəzər dənizi regionunun təhlükəsiz region kimi inkişaf etdirilməsinə marağımızı nəzərə alaraq, hesab edirəm ki, Rumıniya malların və enerji daşıyıcılarının Avropaya daşınması üçün tranzit ölkə kimi çıxış edə bilər. Gələcəkdə məhz bu tərəfdaşlıq sayəsində bizim idxaldan asılılığımız da azala bilər. Təbii ki, bu Avropa İttifaqı ilə əməkdaşlığımızda, xüsusən də bunun əsasında, Azərbaycan məhz enerji resurslarının etibarlı bir təchizatçısı kimi öz rolunu oynaya bilər. Bu da Avropanın enerji təhlükəsizliyini möhkəmləndirməsinə Azərbaycanın çox gözəçarpan töhfəsi ola bilər.

Biz bu məsələni görüşlərimiz zamanı müzakirə etdik. Konstansa-Pança-Triest” layihəsini müzakirə etdik. Eyni zamanda, Xəzər dənizindən hasil olunan xam neftin nəqlinə dair layihələri müzakirə etdik. Rumıniya üçün və Avropa İttifaqının üzvləri üçün olduqca maraqlı digər layihələr də var. Söhbət, əsasən, xam neftin nəqlindən gedir. Mən çox aydın şəkildə bildirmək istəyirəm ki, Avropa İttifaqının tam üzvünə çevrildikdən sonra, 2007-ci ilin yanvarın 1-dən etibarən Rumıniya enerji təchizatında Avropaya öz töhfəsini verə bilər. Çünki hazırda bütün Avropada enerji daşıyıcılarının, demək olar ki, 50 faizi xaricdən idxal olunur. Gələcək illərdə bu idxalın həcmi, asılılıq daha da artacaq, hətta 70 faiz təşkil edəcəkdir. Hesab edirəm ki, bu səbəbə görə nəinki Rumıniyanın Azərbaycanla münasibətlərini, həm də bizim Avropa İttifaqına qarşıdakı üzvlüyümüzü nəzərə alaraq, konkret layihələri həyata keçirməklə biz bütün Avropa üçün alternativ enerji daşıyıcılarının təchizatçısına çevrilə, alternativ həll yollarını tapa bilərik. Ona görə Azərbaycan bu məsələdə xüsusi tohfəsini verə bilər. Qarşımızda duran məqsədlərdən biri budur, təkbətək və geniş tərkibdə görüşümüzdə gördük ki, bizim mövqelərimiz üst-üstə düşür.

Eyni zamanda, sizin ölkənizin üzv olduğu beynəlxalq təşkilatlarda əməkdaşlıq haqqında danışdıq. Cənab Prezident, Sizi əmin edə bilərəm ki, Avratlantik strukturlara inteqrasiyada daim bizim dəstəyimizə əmin ola bilərsiniz.

X X X

Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

- Mənim sualım cənab Prezident İlham Əliyevədir. Sizin ölkə bütün həmin layihələrdə maraqlıdırsa, bizim üçün də neft və qazın bu regiondan Avropaya nəql olunması maraqlıdırsa, mən “Naubuka” layihəsi ilə bağlı soruşmaq istəyirəm. Sizin ölkəniz bu xüsusi layihədə maraqlıdırmı?

İLHAM ƏLİYEV: Azərbaycan neft və qaz təchizatının şaxələndirilməsində maraqlıdır. Biz bu günə qədər üç neft boru kəmərinin tikilməsinə nail olmuşuq. Onlar bizim neftimizi üç istiqamətə - ikisi Qara dəniz istiqamətinə, biri isə Aralıq dənizi istiqamətinə çıxarır. Biz artıq Azərbaycanın bütün tələbatını ödəmişik və həmin boru kəmərləri böyük həcmdə nefti nəql edə biləcəkdir. Azərbaycan birmənalı olaraq qısa müddət ərzində çox mühüm qaz təchizatçısına çevriləcəkdir. Eyni zamanda, özümüzün qaza olan tələbatımızı ödəyəcəyik. Çünki iqtisadiyyatımız get-gedə artır və bizim bazarımızda qaza tələbat da çoxalır. Bununla yanaşı, gələcək illər ərzində bu sahədə yeni addımlar atacağıq. Azərbaycandan qaz boru kəmərinin Türkiyəyə çəkilməsi və istismara verilməsi nəzərdə tutulur. Texniki baxımdan bu, Azərbaycan qazını sonra Avropaya çatdıra bilər. “Naubuka” layihəsi çox maraqlı və cəlbedici layihədir. Azərbaycan bu layihədə iştirak edə bilər və ümumiyyətlə, layihə Azərbaycandan və Xəzər regionundan qaz təchizatına əsaslanır. Ona görə deyə bilərəm ki, bu layihənin əsas elementi olan Azərbaycanın iştirakı olmadan onu həyata keçirmək mümkün olmayacaqdır. Bu, birmənalıdır. Bir sözlə, biz enerji ehtiyatlarımızın dünya və Avropa bazarlarına çıxarılmasında və enerji təhlükəsizliyi məsələlərində Avropanın tələbatının ödənilməsində maraqlıyıq. Təbii ki, biz neft və qazdan böyük gəlirlər əldə edir və onu xalqımızın, ölkəmizin həyat tərzinin yaxşılaşdırılmasına sərf edirik.

- Rumıniya Azərbaycanın Avratlantik strukturlara inteqrasiyasına daim dəstək verəcəyini bəyan etdi. Rumıniyanın Cənubi Qafqaz və Orta Asiya ilə əlaqələrinin genişlənməsində Azərbaycanın rolunu necə görürsünüz?

TRAYAN BESESKU: Bildiyiniz kimi, Rumıniya hazırda Xəzər regionu ilə bağlı güclü siyasət yeritməkdədir. Əgər bizim güclü siyasətimiz olsa, Rumıniya öz sərhədləri yaxınlığında yerləşən demokratik ölkələrlə birgə özünün də iştirak etdiyi təhlükəsizlik sisteminin, qlobal və ümumi siyasi bir sistemin bir hissəsi olaraq, hesab edirəm ki, Xəzər və Qara dəniz regionunda yerləşən ölkələrlə birgə Avratlantik və Avropa inteqrasiyasında rol oynaya bilər.

NATO-nun və Avropa İttifaqının sərhəd ölkəsi kimi Rumıniya bu qurumlara inteqrasiya sahəsindəki təcrübəsini NATO sisteminin və Avropa İttifaqının üzvü olmaq arzusunda olan ölkələrlə bölüşə bilər. İkinci məsələ, Qara dəniz regionunda olan bütün ölkələrlə bizim ənənəvi ikitərəfli münasibətlərimiz var. Yəni, NATO-nun və ya Avropa İttifaqının bir üzv ölkəsi kimi bizim borcumuzdur ki, öz təcrübəmizi digər ölkələrlə bölüşək. Qara dəniz regionunda yerləşən dövlətlərlə ikitərəfli ənənəvi münasibətlərimiz bizi ruhlandırır ki, bu təcrübəni onlarla bölüşək. Üçüncüsü, bizim yanımızda təhlükəsiz və çiçəklənən regionun olması üçün Rumıniya Qara dəniz və Xəzər dənizi regionunda yerləşən dövlətlərin NATO-ya və Avropa İttifaqına inteqrasiyası prosesində güclü şəkildə öz dəstəyini verə bilər. Bu, elə bir reallıqdır ki, nəinki Rumıniya, eyni zamanda, Bolqarıstan da bu sahədə müstəsna rol oynayacaq və Avropa İttifaqına tam inteqrasiya olunaraq, bu proseslərə öz töhfəsini verəcəkdir. NATO-nun, Avropa İttifaqının dost ölkələri kimi, maraqlıyıq ki, digər ölkələr də bu inteqrasiya proseslərinə tam qoşulsunlar. Təbii ki, heç kim birmənalı deyə bilməz ki, konkret bir tarixdə Azərbaycan NATO-nun və Avropa İttifaqının üzvü olsun. Lakin mühüm cəhət ondan ibarətdir ki, Azərbaycan artıq NATO ilə tərəfdaşlıq edir və Azərbaycan da Avropa İttifaqı ilə yeni qonşuluq siyasətini tam yerinə yetirərək, proqramın növbəti mərhələsi ilə bağlı bu ilin noyabr ayında Brüsseldə bir saziş imzalayacaqdır. NATO ilə tərəfdaşlıq quran və Avropa İttifaqı ilə yeni qonşuluq siyasətinə qoşulan bir ölkə kimi Rumıniya bu prosesə öz dəstəyini verə bilər. Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib