RUMINİYA SENATINDA GÖRÜŞ
Dövlətimizin başçısını Senatın binası önündə Senatın sədri Nikolae Vekeroyu və parlamentin Deputatlar palatasının sədri Valeri Dornyanu böyük hörmətlə qarşıladılar.
Sonra Azərbaycan Prezidentinin Rumıniya parlamentinin hər iki palatasının sədrləri ilə görüşü oldu.
Görüş zamanı Prezident İlham Əliyev Rumıniyaya rəsmi səfərinin çox uğurla keçdiyini qeyd edərək, bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafında yeni mərhələ olacağını söylədi.
Hökumətlərarası komissiyanın və xüsusilə parlamentlərin fəal əməkdaşlığı da xüsusi vurğulandı. Bildirirldi ki, Milli Məclisdə Rumıniya parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir və gələcəkdə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi zəruridir.
Görüşdə Milli Məclislə Rumıniya parlamenti arasında qanun yaradıcılığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə də söhbət getdi.
Prezident İlham Əliyevə Rumıniya parlamentinin 140 illiyi münasibətilə buraxılmış xatirə medalı təqdim olundu.
Azərbaycan Prezidenti Rumıniya Senatının fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.