Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rumıniyanın Prezidenti Klaus İohannisdən

Zati-aliləri,

28 May - Respublika Günü münasibətilə Sizə Rumıniya xalqı adından ən səmimi təbriklərimi və yüksək nailiyyətlər arzularımı çatdırmaqdan məmnunam.

Rumıniya ilə Azərbaycan arasında strateji əməkdaşlıq səviyyəsinə yüksələn dostluq münasibətlərimiz ölkələrimizin iqtisadi əlaqələrinin inkişafına imkan yaradılmasını təmin edir. Əminəm ki, biz ölkələrimiz arasındakı münasibətlərin bu kontekstdə əsaslı surətdə daha da dərinləşməsini təmin edə bilərik. Sizi Rumıniyaya səfərə dəvət etməkdən şərəf duyuram.

Cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edin.

Klaus İohannis

Rumıniyanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin