Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rumıniyanın Prezidenti Klaus İohannisdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan, Sizə və Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulamaqdan böyük məmnunluq duyuram.

Rumıniya ilə Azərbaycan bir-birinə ənənəvi dostluq münasibətləri ilə sıx bağlıdır. İnanıram ki, biz birlikdə Strateji Tərəfdaşlıq Proqramı və onun həyata keçirilməsi üçün nəzərdə tutulan Fəaliyyət Planı çərçivəçində bütün sahələrdə Rumıniya və Azərbaycan arasında əməkdaşlıq imkanlarının hərtərəfli öyrənilməsinə töhfə verəcəyik.

Cənab Prezident, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Klaus İohannis

Rumıniyanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin