RUMINİYANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İON İLİYESKUYA
Hörmətli cənab Prezident,
Rumıniyanın milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın inkişafından, qarşılıqlı əlaqələrimizin genişlənməsindən məmnunluq duyuram. Əminəm ki, mövcud imkanlardan tam istifadə olunması üçün bütün səylərimizi səfərbər etməklə xalqlarımızın rifahına yeni töhfələr verəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2002-ci il