Rusiya atəşkəs elan edib
Moskva, 4 may, AZƏRTAC
Rusiya Müdafiə Nazirliyi İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümünün qeyd edilməsi münasibətilə 8 və 9 may tarixlərində atəşkəs elan olunduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Rusiya Silahlı Qüvvələri bayram tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcəyini bəyan edib.
Rusiya tərəfi Ukraynanın da qeyd olunan müddət ərzində hərbi əməliyyatlardan çəkinəcəyinə ümid bəslədiyini vurğulayıb, bayramın qeyd edilməsinə mane olmaq üçün hər hansı cəhd göstərilərsə, Kiyevin mərkəzinə cavab zərbəsi endiriləcəyini bildirib.
Rusiya Müdafiə Nazirliyi Kiyevin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını paytaxtı vaxtında tərk etməyə çağırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]