Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri Ruslan Edelgeriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və firavanlığına yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvər oğlu kimi tanıyırıq.

Əminəm ki, Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da dövlətçiliyin və demokratik təsisatların təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək.

Şübhə etmirəm ki, xalqın Sizə göstərdiyi daimi dəstək və etimad, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq səyləriniz bundan sonra da ali dövləti fəaliyyətinizdə uğurlarınıza şərait yaradacaq.

İcazə verin, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, doğmalarınıza xoşbəxtlik və firavanlıq diləyim.

Hörmətlə,

Ruslan Edelgeriyev

Rusiya Federasiyası Çeçenistan Respublikası

Hökumətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin