Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu bayram Azərbaycanın çoxmillətli xalqının birliyini, onun çoxəsrlik tarixini, zəngin mənəvi və mədəni irsinə görə qüruru, ölkənin bütövlüyünü, cəmiyyətdə həmrəyliyi və sabitliyi təcəssüm etdirir.

Bu gün ölkənizin iqtisadi və sosial sahələrdə qazandığı inamlı nailiyyətlər, onun beynəlxalq nüfuzunun möhkəmlənməsi, həyat səviyyəsinin və rifahın yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Sizin uğurla davam etdirdiyiniz uzaqgörən siyasətin nəticəsidir.

Xalqlarımız arasında həmişə səmimiyyətə və etimada əsaslanan mehriban qonşuluq və qardaşlıq münasibətləri dağıstanlılar üçün xüsusi dəyər kəsb edir. Əminəm ki, keçmişin şanlı ənənələrinə, hörmət və qarşılıqlı anlaşmaya əsaslanan bu münasibətlər daha da möhkəmlənəcək.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə ali dövləti fəaliyyətinizdə tükənməz qüvvə və enerji arzularımı qəbul edin. Azərbaycanın bütün xalqına sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

 

Xızrı Şıxsəidov

Rusiya Federasiyası Dağıstan Respublikası

Xalq Məclisinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin