Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərindəki Heydər Əliyev adına “Azəri” Azərbaycan Milli-Mədəni Cəmiyyətinin Şura üzvləri adından Natiq İsmayılov

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezıdent,

Doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Siz ölkəmiz üçün çox iş görmüsünüz. Sizin sayənizdə beynəlxalq əlaqələr genişlənib, çoxsaylı milli layihələr, mühüm siyasi qərarlar həyata keçirilib. Bir sıra dövlət qurumlarında əhəmiyyətli dəyişikliklər baş verir, korrupsiyaya və cinayətkarlığın artmasına qarşı hər yerdə mübarizə aparılır. Əminik ki, Siz bütün niyyətlərinizi həyata keçirəcəksiniz.

Heydər Əliyev adına “Azəri” Azərbaycan Milli-Mədəni Cəmiyyətinin üzvləri Sizə möhkəm cansağlığı, xoş ovqat, suveren Azərbaycanın firavanlığı naminə xoşbəxtlik və yeni zəfərlər arzulayırlar.

Dərin hörmətlə,

Natiq İsmayılov

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz

şəhərindəki Heydər Əliyev adına “Azəri” Azərbaycan Milli-Mədəni Cəmiyyətinin Şura üzvləri adından

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin