Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

İcazə verin, Sizə hörmət və ehtiramımı bildirərək, Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edim.

Bu bayram öz ölkəsini sevən, onun tarixinə və qədim ənənələrinə hörmət bəsləyən və layiqli gələcəyi naminə çalışan Azərbaycan Respublikasının bütün vətəndaşlarını birləşdirir.

Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, səadət, firavanlıq və doğma Vətənin rifahı naminə işlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə, o cümlədən regionlararası səviyyədə Rusiya Federasiyasının həmişə strateji tərəfdaşı olub və olmaqda davam edir. Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq əlaqələrini yüksək dəyərləndirir və çoxplanlı qarşılıqlı təmasların möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

 

İqor Babuşkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin