Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz Azərbaycan xalqı arasında yüksək nüfuzunuzun, ölkənin hər bir sakininin rifahının yüksəlməsi məqsədilə yürütdüyünüz sosial-iqtisadi siyasəti xalqın yekdilliklə dəstəkləməsinin parlaq sübutudur.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən cansağlığı, rifah və bütün məqsədlərinizin gerçəkləşməsində uğurlar, gözəl Vətəninizə isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Yunusbek Yevkurov

Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin