İQTİSADİYYAT
Rusiya neft hasilatının azaldılması üzrə götürdüyü öhdəliyi yerinə yetirib
Bakı, 28 aprel, Nihad Budaqov, AZƏRTAC
Rusiya Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri ilə xam neft hasilatının azaldılması üzrə Vyana sazişi çərçivəsində aprelin 27-də gündəlik hasilatını 298 min barrel azaldıb.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, bununla da Rusiya saziş üzrə götürdüyü öhdəliyi yerinə yetirib.
Qeyd edək ki, OPEC-in Monitorinq Komitəsinin növbəti görüşünün mayın 25-də keçirilməsi planlaşdırılır. Həmin görüşdə neft hasilatının azaldılması üzrə müqavilənin müddətinin daha 6 ay uzadılması barədə qərar qəbul edilməsi gözlənilir. İlkin müqavilənin müddəti isə ilin birinci yarısınadək idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]