DÜNYA
RUSİYA NÜMAYƏNDƏ HEYƏTİ TBİLİSİDƏ
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Gürcüstan-Rusiya əməkdaşlığının əksər sahələrini əhatə edəcək çərçivə müqaviləsinin hazırlanması və Gürcüstan ərazisindən Rusiya hərbi bazalarının çıxarılması ilə bağlı məsələləri müzakirə etmək üçün ikigünlük işgüzar səfərlə Tbilisiyə gəlmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, nümayəndə heyətinə xüsusi tapşırıqlar üzrə səfir Lev Mironov rəhbərlik edir.
Nümayəndə heyəti Gürcüstan Xarici İşlər Nazirliyində görüş keçirmişdir.
Xatırladırıq ki, 1994-cü ildə Gürcüstan və Rusiya Federasiyası prezidentlərinin imzaladıqları dostluq və əməkdaşlıq haqqında çərçivə müqaviləsi Rusiya Dövlət Duması tərəfindən təsdiqlənməmişdir.
Hazırda iki ölkə arasında dostluq və əməkdaşlıq barədə daha əhatəli çərçivə müqaviləsi hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [19:24]
Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]