DÜNYA
Rusiya Prezidenti Vladimir Putin Sergey Morozova Həştərxan vilayətinin qubernatoru səlahiyyətlərini təklif edib
Moskva, 27 sentyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Sergey Morozova Həştərxan vilayəti qubernatorunun səlahiyyətlərinin müvəqqəti icraçısı olmağı təklif edib.
AZƏRTAC RF Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, S.Morozov RF müdafiə nazirinin köməkçisi, Federal Gömrük Xidməti rəhbərinin müavini olub. V.Putin qeyd edib ki, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin başqa iş yerinə keçirilməsini xahiş edib.
Rusiya dövlət başçısının sözlərinə görə, Həştərxan vilayəti xarici iqtisadi fəaliyyətlə sıx bağlıdır. Regionda istehsal edilən ümumi məhsulun təqribən 13 faizi bilavasitə xarici iqtisadi fəaliyyətin hesabına formalaşır. Prezident qeyd edib ki, bu regionun iqtisadiyyatı çox cəhətdən Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə xarici iqtisadi fəaliyyətlə bağlıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva