Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Rusiya-Türkiyə münasibətləri: qlobal ziddiyyətlər fonunda yeni tarixi imkan

Rusiya-Türkiyə münasibətləri: qlobal ziddiyyətlər fonunda yeni tarixi imkan

Ekspertlər Moskva ilə Ankara arasında müşahidə edilən yaxınlaşma prosesinə getdikcə daha çox maraq göstərirlər. İki böyük dövlət arasında tarixdə hansı hadisələrin baş verdiyi məlumdur. İndi isə hesab olunur ki, bu aspektdə müsbətə doğru ciddi dəyişikliklər ola bilər. Onun bir sıra əlamətləri ilə bağlı fikirlər səslənir. O cümlədən Ankara ilə Moskva enerji, turizm, ticarət, tikinti, mədəniyyət və başqa sferalarda əlaqələrini gücləndirmək haqqında razılığa gəliblər. Ekspert və analitiklər bu prosesin hansı səviyyəyə qədər dərinləşə biləcəyi ilə bağlı təhlillər aparır, proqnozlar verirlər. Müxtəlif variantlar nəzərdən keçirilir. Reallıqda vəziyyət xeyli dərəcədə mürəkkəbdir, risk faktorları mövcuddur. Lakin meydana gələn yeni imkanları da arxa plana atmaq olmaz.

Əməkdaşlığa ehtiyac: tərəflərin dərk etdiyi məqam

Son zamanlar Rusiya-Türkiyə münasibətlərinə ekspertlərin və siyasətçilərin marağı daha da artıb. Faktiki olaraq Qərb dövlətləri ilə qarşıdurma vəziyyətində olan Moskva üçün Ankara ilə əlaqələr çox aktualdır. Türkiyənin də başda Amerika olmaqla Aİ-nin böyük dövlətləri ilə münasibətlərində çatlar meydana gəlib. Bunun müxtəlif səbəbləri var. Ancaq reallıq ondan ibarətdir ki, Rusiya və Türkiyə kimi güclü dövlətlər dünya miqyasında siyasi mövqelərini dəqiqləşdirmə mərhələsindədirlər. Bundan çıxış edərək hər iki ölkə rəhbərliyi aktiv xarici siyasət yeritməkdədir.

"Su-24" qırıcı təyyarəsi ilə bağlı məlum münaqişədən sonra Ankara-Moskva xəttində son dövrlərdə bir istiləşmə prosesi gedir. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Sankt-Peterburqdakı görüşündən sonra iki ölkə arasında əməkdaşlığın perspektivinə inananların sayı artdı. Bunun əyani təsdiqi isə İstanbulda Dünya Enerji Konqresində V.Putinin də iştirak etməsi və tərəflərin yeni müqavilələr imzalaması oldu. Məhz bu hadisə ilə bağlı yenidən Qərb ekspert və siyasi dairələrində "Rusiya-Türkiyə münasibətləri hansı istiqamətdə və nə dərəcədə inkişaf edə bilər?" sualına cavab axtarılmağa başlandı.

Əvvəlcə qeyd edək ki, hər iki ölkənin əksər ekspertləri əlaqələrin yüksələn xətlə inkişaf edəcəyi haqqında proqnozlar verirlər. Bu zaman bütün sahələri, o cümlədən təhlükəsizlik və müdafiə sferalarında mümkün əməkdaşlığı misal gətirirlər. Hazırda iqtisadiyyat, ticarət, enerji, təhsil, mədəniyyət, turizm, kənd təsərrüfatı, nəqliyyat kimi vacib sahələri əhatə edən müqavilələr vardır. Onlara viza rejiminin ləğv edilməsi, müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq da əlavə oluna bilər.

Bu barədə V.Putinin özü İstanbulda fikir bildirib. Rusiya Prezidenti deyib: "Biz müdafiə sənayesində əməkdaşlığa hazırıq. Hər iki tərəfdən verilən təkliflər araşdırılır. Bunları reallaşdırmaq üçün imkanlarımız var" (bax: Türk Akımı Tamam Sırada S-300’ler mi Var? / "Amerikanın Sesi", 10 oktyabr 2016). Ekspertlər bu kimi fikirləri Rusiyanın Türkiyəyə hava hücumundan müdafiə sistemləri sata bilməsi imkanı kimi qiymətləndirirlər. Hətta söhbətin S-400-lərdən getdiyi haqqında təxminlər də var (bax: əvvəlki mənbəyə). Təbii ki, bu məsələ asan həll edilən deyil. Çünki bir neçə il öncə hava müdafiə sistemləri ilə bağlı Türkiyənin elan etdiyi tenderdə Çin sisteminə üstünlük verilmişdi, lakin sonra ABŞ-ın təzyiqi ilə bu qərar ləğv edildi. Eyni münasibətin Rusiya silahlarına da olacağı şübhə doğurmur. Həm də nəzərə almaq lazımdır ki, Türkiyə NATO üzvüdür, bu ölkənin Alyansın cənub qanadı üçün strateji əhəmiyyəti çox böyükdür. Bu şərtlər daxilində Ankaranın NATO-ya uyğun gəlməyən müdafiə sisteminə sahib olması inandırıcı görünmür. Həm də Rusiya hərbçilərinin dediyinə görə, amerikalılar elə sistemə malikdirlər ki, hətta uzaqmənzilli ballistik raketləri belə startın başlanğıcında məhv edə bilirlər (bax: В Генштабе РФ заявили, что недооценили систему ПРО / "Корреспондент.net", 10 oktyabr 2016).

Lakin əsas məqam ondan ibarətdir ki, iki ölkənin rəsmi dairələri hərbi və təhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsi haqqında açıq danışırlar. Hazırda "Türk axını" layihəsini həyata keçirməklə bağlı müqavilə imzalanıb. “Akkuyu” nüvə mərkəzinin tikintisi ilə əlaqədar razılıq əldə edilib. Hər iki ölkənin kəşfiyyat orqanları terrorla mübarizə məsələsində birgə fəaliyyət göstərmək imkanlarını müzakirə edirlər. Nəhayət, Suriya böhranının aradan qaldırılmasında ortaq fəaliyyət haqqında da razılığa gəlinib. Bu məsələdə konkret olaraq hansı məqamlarda Moskva ilə Ankaranın maraqlarının üst-üstə düşdüyü aydın deyilməsə də, müəyyən aspektlərdə ortaq hərəkət etmək imkanları tükənməyib.

Regional təhlükəsizlik: imkanlardan faydalanma strategiyası

V.Putin bu məsələ ilə bağlı bəyan edib ki, Türkiyə ilə Hələbə humanitar yardımları çatdırmaqda eyni mövqedədirlər. O, müxalif qüvvələri Kastello yolundan uzaqlaşdırmaq məsələsində R.T.Ərdoğanla razılığa gəlindiyini də deyib. Türkiyə rəhbəri isə vurğulayıb ki, Suriya mövzusunu geniş müzakirə ediblər, birgə hərəkət edə bilərlər, Hələbə humanitar yardımı çatdırmaqla bağlı da ortaq fikrə gəliblər (bax: Türk Akımı Tamam Sırada S-300’ler mi Var? / "Amerika’nın Sesi", 10 oktyabr 2016).

Belə görünür ki, Suriya məsələsində tərəflər çox ehtiyatla danışır, aralarında fikir ayrılıqlarının mövcudluğu şübhə doğurmur. Ankaranın bu məsələdə Qərbi nəzərə alması təbiidir. Çünki o, əsas olaraq ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya tərkibində fəaliyyət göstərir. Eyni zamanda, Qərb ilə mövcud olan fikir ayrılıqları Türkiyənin bir qədər müstəqil hərəkət etməsinə əsas yaradır. Bu aspektdə Rusiya-Türkiyə əlaqələrinin haraya qədər inkişaf edə biləcəyi üzərində düşünməyə dəyər. Həm də burada İran faktoru da nəzərə alınmalıdır. Tehranın regiona təsiri böyükdür.

Buradan Rusiya ilə Türkiyənin hələlik hərbi və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq imkanlarının yüksək olmadığı nəticəsini çıxarmaq olar. Mümkündür ki, müəyyən əməkdaşlıq dairəsi yaransın. Proseslərin sonrakı gedişatı Qərbin məsələyə münasibətindən çox asılı olacaq. Hadisələr Ankaranın müstəqil siyasət yeridib-yeritməməsindən çox, bütövlükdə geosiyasi mənzərənin yeniləşmə dinamikası ilə əlaqəlidir. Bu istiqamətdə isə hələlik qeyri-müəyyənlik məqamı üstünlük təşkil edir.

Bunlardan fərqli olaraq, Türkiyə və Rusiyanın enerji, iqtisadiyyat, inşaat, ticarət, turizm və başqa sahələr üzrə əməkdaşlığı dərinləşdirmək imkanları genişdir. Onların bir-birinə ehtiyacı vardır. Maraqlıdır ki, ekspertlər məsələnin bu tərəfini vurğulamaqla yanaşı, əməkdaşlığın müttəfiqliyə çevrilməyəcəyi və onun "situativ xarakterdə" qalacağı haqqında da proqnozlar verirlər (bax: məs., Новая нормальность: ситуативное союзничество / "Независимая газета", 10 oktyabr 2016).

Fikrimizcə, bu, maraqlı yanaşmadır. Çünki ekspertlər Rusiyanın məsələni, ümumiyyətlə, Moskvanın xarici siyasəti kontekstində analiz edir, hətta Çinin belə tam tərəfdaş olmadığı tezisini irəli sürürlər. Məsələn, Pekin Mərkəzi Asiyada öz nüfuzunu artırmaq üçün Rusiya faktoruna elə də diqqət yetirməyə bilər. Bundan başqa, təcrübə göstərir ki, Rusiyanın real müttəfiqləri sırasında güclü dövlətlər yox dərəcəsindədir. Ekspertlər diqqəti ona yönəldirlər ki, Rusiyanın yeniləşmiş milli təhlükəsizlik strategiyasında MDB ölkələri və Abxaziya, Cənubi Osetiya ilə münasibətlərin inkişafı əks olunub. Böyük iqtisadi güclərdən isə yalnız Çinin adı çəkilir (bax: əvvəlki mənbəyə).

Bu təhlillər və proqnozlar göstərir ki, Rusiya-Türkiyə münasibətlərində normallaşma tendensiyası üstünlük təşkil etsə də, hələlik mənzərə tam aydın deyil. Bütövlükdə qlobal miqyasda mövcud olan geosiyasi mürəkkəblik iki ölkə arasındakı münasibətlərə də təsir etməkdədir. Hazırda Ankara ilə Moskva bir çox sahələrdə əlaqələri genişləndirmək və gücləndirməklə bağlı layihələr üzərində işləyirlər. Bununla yanaşı, beynəlxalq konteksti nəzərə alsaq, bu proseslər haqqında birmənalı proqnoz verməyin çətin olduğunu deyə bilərik.

Yuxarıda vurğulanan məqamları nəzərə almaqla əksər ekspertlərin qeyd etdiyi bir özəlliyi də unutmaq olmaz. Müasir tarixdə ilk dəfədir ki, Türkiyə ilə Rusiyanın qarşılıqlı münasibətlərdə pozitiv aspekti xeyli genişləndirmək imkanı yaranıb. Əgər Moskva ilə Ankara bu mənada tarixi cəsarət göstərib, yeni əməkdaşlıq səviyyəsinə yüksələ bilsələr, bundan bütün region faydalanar. Onlar müzakirələr və bir-birinə yardım göstərmək yolu ilə problemləri həll etmək şansı əldə ediblər. Bu tarixi şans reallaşmalıdır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib