DÜNYA
Rusiya və ABŞ liderləri Makronun sammitlə bağlı təklifini qəbul ediblər
Bakı, 21 fevral, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden Fransa Prezidenti Emmanuel Makronun Avropada təhlükəsizlik və strateji sabitliyə dair sammitin keçirilməsi təklifini qəbul ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Yelisey sarayından bildiriblər.
Məlumata əsasən, E.Makron Avropada təhlükəsizlik və strateji sabitliyi müzakirə etmək üçün C.Bayden və V.Putin arasında, sonra isə müvafiq maraqlı tərəflərlə sammit keçirməyi təklif edib. ABŞ və Rusiya liderləri Fransa Prezidentinin təklifini qəbul ediblər.
Sammitdə müzakirə ediləcək məsələləri Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken fevralın 24-də keçiriləcək görüşlərində hazırlayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]