DÜNYA
Rusiyada 180 milyon dollar dəyərində heroin ələ keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Rusiyanın Moskva vilayətində keçirilən xüsusi əməliyyat zamanı 189 kq heroin ələ keçirilmişdir.
Narkobaronlar Dolqoprudnı şəhərinə gətirilmiş 189 kq heroinin “qara bazar”da pərakəndə satışından 180 milyon dollar gəlir əldə edəcəklərmiş.
Rusiya Qanunsuz Narkotik Dövriyyəsinə Nəzarət Xidmətinin rəhbəri Viktor İvanov demişdir ki, hərəsində 1 kiloqram olmaqla 187 paketə yerləşdirilmiş heroinin xüsusi təlim görmüş itlər tərəfindən aşkarlanmaması üçün paketlərə emal olunmuş it yağı sürtülübmüş. Heroin ağ turp yükünün içərisində gizlədilmişdi.
Müqavilədə dəyəri 40 milyon dollar göstərilən ağ turp Özbəkistanın Daşkənd vilayətində qeydiyyatdan keçmiş firma tərəfindən Rusiyanın Orenburq şəhərində qeydiyyatdan keçmiş “Vosxod” firmasına göndərilmişdir.