ELM VƏ TƏHSİL
Rusiyada keçirilən tədbirdə Azərbaycan alimimin məruzəsi maraqla qarşılanıb
Bakı, 10 oktyabr (AZƏRTAC). Rusiya Federasiyasının Samara şəhərində kataliz üzrə II Rusiya Konqresi (ROSKATALİZ) keçirilib.
Konqresdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev iştirak edib.
AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, katalizin müasir, qlobal və aktual problemlərinə həsr olunan tədbirdə akademik Dilqəm Tağıyev mövzu üzrə məruzə ilə çıxış edib.
Dünyanın bir çox ölkələrinin kataliz üzrə tanınmış alimlərinin iştirak etdikləri konqresdə Azərbaycan aliminin məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.