Rusiyada prezident seçkiləri başlayıb
Moskva, 15 mart, AZƏRTAC
Rusiyada növbəti prezident seçkilərində səsvermənin birinci günü start götürüb.
AZƏRTAC xəbər verir ki, bu il ilk dəfə Rusiyada prezident seçkiləri üç gün davam edəcək. Ölkədə 94 mindən çox seçki məntəqəsi yaradılıb. Seçki məntəqələri ilk olaraq, Kamçatka və Çukotkada, sonuncu isə Kalininqradda açılıb.
Builki seçkilərdə, həmçinin ilk dəfə distant elektron səsvermə də mümkündür. İndiyədək 4,8 milyon seçici elektron səsvermədə iştirak üçün müraciət edib.
Xatırladaq ki, Rusiyada prezident seçkilərində dörd namizəd iştirak edir. Səsvermənin ilkin nəticələri martın 18-də elan olunacaq. Yeni seçiləcək prezidentin inauqurasiyası mayın 7-nə təyin edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]
Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb
- 14.10.2026 [12:11]