Rusiyada vahid seçkilər günü başa çatıb
Moskva, 9 sentyabr, AZƏRTAC
Rusiyanın 85 regionunda vahid səsvermə günü keçirilib, müxtəlif səviyyələrdə 5 mindən çox seçki keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə zamanı ciddi qanun pozuntuları qeydə alınmayıb. Sankt-Peterburqda Aleksandr Beqlov səslərin 64,56 faizini toplayaraq qubernator seçilib. Xatırladaq ki, Aleksandr Beqlov həmyerlimizdir. 1956-cı ildə Bakıda doğulub, orta təhsilini də Azərbaycan paytaxtında alıb.
Saxalin vilayəti, Zabaykalye diyarı, Altay Respublikası, Kalmıkiya, Kursk vilayəti, Lipetsk vilayəti, Kurqan vilayəti, Stavropol diyarı, Orenburq vilayəti, Çelyabensk vilayəti, Həştərxan vilayəti, Volqoqrad vilayəti, Murmansk, İnquşetiya Respublikası və Başqırdıstanda da qubernator və respublika başçılarının seçkiləri keçirilib.
Sentyabrın 8-də Moskva Dövlət Dumasına, Xabarovsk, Sevastopol qanunvericilik orqanlarına seçkilər baş tutub. Bundan əlavə, bir sıra şəhərlərin meri seçilib.
Vahid seçkilər günü Dövlət Dumasına birmandatlı dairələr üzrə təkrar seçkilər olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]