Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki Nikas Safronovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə dərin hörmət və ehtiram hissi ilə təbrik edirəm.

Sizin bütün işləriniz və təşəbbüsləriniz Azərbaycan xalqının həyatının daha da yaxşılaşmasına, ölkənin qüdrətinin və firavanlığının möhkəmlənməsinə yönəlib. Mən ilk görüşdən Sizin indi tamamilə reallaşan potensial imkanlarınıza əmin idim.

Qoy həyatınızın yeni səhifəsi özü ilə yeni-yeni qələbələr və nailiyyətlər gətirsin, köhnə və sadiq dostları hifz etsin.

Sizə cansağlığı və uzun ömür arzu edirəm.

Hörmətlə həmişə Sizin,

Nikas Safronov

Rusiyanın Əməkdar Rəssamı, Rusiya

Rəssamlıq Akademiyasının akademiki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin