Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Sergey Mixaylovdan
Baş direktorun birinci müavini Mixail Qusmandan

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə bizim ən səmimi və hərarətli təbriklərimizi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan bu gün dünyada getdikcə daha layiqli və nüfuzlu yer tutur. Ölkənin uğurlu iqtisadi inkişafında, yüksək mənəvi-əxlaqi ab-havanın qorunub saxlanılmasında, mədəniyyət, elm və təhsilin hərtərəfli inkişafında quruculuq enerjisi ilə aşıb-daşan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və qətiyyətlə nail olan bir lider kimi Sizin şəxsi xidmətləriniz böyükdür. Siz fədakarcasına Azərbaycan xalqının xoşbəxtliyinin və rifahının qayğısına qalırsınız.

Sizə möhkəm cansağlığı, nikbinlik və xoş ovqat, bütün planlarınızın müvəffəqiyyətlə həyata keçməsini arzulayırıq!

Sizə və əlbəttə, səbəbkarın yaxşı əhval-ruhiyyədə olması üçün əlindən gələni edən yaxınlarınıza xoşbəxtlik və firavanlıq arzu edirik.

Qoy, Sizin səyləriniz Azərbaycan Respublikasının rifahı və xalqlarımızın dostluğu naminə bundan sonra da öz gözəl bəhrələrini versin.

Hörmətlə,

Sergey Mixaylov

Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru

Mixail Qusman

Baş direktorun birinci müavini

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin