Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın İvanovo Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti regional ictimai təşkilatının sədri Asif Məmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, İvanovo vilayətinin çoxsaylı Azərbaycan diasporu adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edim.

Böyük liderlik keyfiyyətləriniz, idarəçilik istedadınız, fədakar fəaliyyətiniz sayəsində Siz ölkəmizin inkişaf strategiyasını müəyyən etmisiniz və uğurla həyata keçirirsiniz. Bu strategiya Azərbaycana mühüm nailiyyətlər qazandırıb. Əminik ki, respublikanın daha böyük tərəqqisi naminə bütün planlarınızın yerinə yetirilməsi üçün Sizin böyük potensialınız var.

Sizi bütün dünyada görkəmli dövlət xadimi, dahi atanızın siyasətinin cəsarətli, müdrik və layiqli davamçısı kimi qiymətləndirirlər.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, hər zaman xoş əhvali-ruhiyyə və Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

 

Asif Məmmədov

Rusiyanın İvanovo Vilayəti Azərbaycanlılarının Milli-Mədəni

Muxtariyyəti regional ictimai təşkilatının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin