Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Vadim Vorobyovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim.

Bu uğurunuz seçicilərin Sizə, fəaliyyətinizə və planlarınıza etimadının təzahürüdür. Liderlik keyfiyyətləriniz, yorulmaz işgüzarlığınız, şəffaf rəhbərlik üslubunuz sayəsində öz Vətəninin gələcəkdə də dinamik inkişafını Sizin adınızla bağlayan xalqın ehtiramını qazanmısınız.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə iqtisadiyyatın, elmin, mədəniyyətin inkişafında yeni böyük uğurlar diləyirəm.

Hörmətlə,

 

Vadim Vorobyov

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin

baş icraçı direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin