Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ

İyunun 12-də Rusiyanın Azərbaycandakı səfirliyində Rusiyada həmin gün qeyd olunan milli bayram - Rusiya Federasiyasının dövlət müstəqilliyi haqqında Bəyannamənin qəbul edilməsi günü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur.

Azərbaycan Prezidenti Heydər Əliyev qəbulda iştirak etmək üçün səfirliyə gəldi. Qəbula toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndi.

Rusiya Federasiyasının ölkəmizdəki səfiri Nikolay Ryabov və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qəbulda nitq söylədilər.

RUSİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ NİKOLAY RYABOVUN NİTQİ

- Çox hörmətli cənab Prezident!

Cənab Milli Məclis sədri!

Hörmətli cənab nazirlər!

Parlamentin deputatları, diplomat həmkarlar!

Xanımlar və cənablar!

Əziz dostlar!

Bayram - Rusiya günü münasibətilə bu gün sizin hamınızı burada, Rusiya səfirliyində görmək bizə çox xoşdur. Rusiya günü Rusiya xalq deputatları birinci qurultayının dövlət suverenliyi haqqında Bəyannamə qəbul etməsi ilə əlaqədar elan olunmuşdur. Çox hörmətli Heydər Əliyeviçin dediyi sözləri burada xatırlamaq yerinə düşərdi. O, həmin hadisənin mahiyyətini, postsovet məkanında baş verən proseslərə təsirini dərindən qiymətləndirərək demişdir ki, Rusiyanın suverenliyi haqqında Bəyannamə keçmiş Sovet İttifaqının digər respublikalarının azadlığına, müstəqilliyinə və suverenliyinə yol açmışdır.

Bu Bəyannamə postsovet məkanında imperiyanın süqutunu və gənc müstəqil dövlətlərin yeni həyatının başladığını bildirən aydın və dəqiq işarə oldu. Ötən 12 il xalqımızın və dövlətimizin tarixində asan dövr olmamışdır, lakin əldə edilmiş nailiyyətlər bizə ümid verir. Rusiya ağır iqtisadi, sosial-siyasi böhranları aradan qaldıraraq, fəal surətdə Avropa Birliyinə, dünya birliyinə qovuşur. Bu yaxınlarda keçirilmiş görüş və imzalanmış sənədlər - Rusiya-NATO, Avropa Birliyi-Rusiya sazişləri və başqa sənədlər bunu əyani surətdə sübut edir.

İqtisadiyyatın bir çox sahələri dinamik inkişaf edir. Ölkədə inflyasiyanın qarşısı alınmışdır, işsizlik sürətlə aradan qaldırılır. Rusiyanın büdcəsi sanballı profisitlə yerinə yetirilir. Əhalinin real gəliri ildə 10-12 faiz artır. Bunu demək kifayətdir ki, təkcə ötən il ərzində pensiyalar üç dəfə artmışdır. 80 il ərzində ilk dəfə olaraq, ölkə kənardan taxıl almağa son qoymuş və ixrac etmək üçün taxıl ehtiyatı yaratmışdır. Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları öz tarixi ərzində ən yüksək səviyyəyə çatmışdır və Prezident Putinin bildirdiyi kimi, hər həftə 500-600 milyon dollar artır. Təbii inhisarlarda islahatlar aparılması, kiçik biznesin və sahibkarlığın dəstəklənməsi və inkişafı bu gün hökumətin və cəmiyyətin diqqət mərkəzindədir. Biz vətəndaş cəmiyyəti təsisatlarının formalaşdırılmasında, məhkəmə sisteminin təkmilləşdirilməsində irəliləmişik, dövlət idarəetmə orqanlarında islahatlara başlayırıq.

Yeni Rusiyanın xarici siyasətində ən öncül istiqamətlərdən biri MDB ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsidir. Bu baxımdan Azərbaycanla olan münasibətlərimiz bizim üçün son dərəcə əhəmiyyətlidir. Bunu belə bir fakt da sübut edir ki, minilliyin başlanğıcında ən yüksək səviyyədə iki səfər - əvvəlcə Azərbaycana, sonra isə Rusiyaya səfərlər həyata keçirilmişdir və onlar özlüyündə bu münasibətlərin səviyyəsini sübut edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyeviç Əliyevin Sankt-Peterburqa təzəcə başa çatmış işgüzar səfəri və onun Vladimir Vladimiroviç Putinlə yeni və çox mühüm görüşü gedən prosesin dinamizmini təsdiqləyir. Rusiya Federal Məclisinin sədri Sergey Mironovun Bakıya səfərini də xatırlamaq lazımdır. Həmin səfər parlamentlərarası əməkdaşlıq kimi mühüm istiqamətdə əməkdaşlığımızı genişləndirməyin mümkünlüyünü göstərdi ki, bu əməkdaşlığımızdan da ilk növbədə məqsəd Azərbaycan xalqı üçün çox ağrılı və acılı olan Dağlıq Qarabağ probleminin həllindən ötrü maksimum əlverişli şərait yaratmaqdır.

Rusiya bu problemin tezliklə və ədalətlə həll edilməsində maraqlıdır. Rusiya hesab edir ki, Qafqazda təhlükəsizliyin və sabitliyin əsası suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə dönmədən əməl olunmasından, hamılıqla tanınmış beynəlxalq hüquq normalarına hörmət edilməsindən ibarətdir. Biz əminik ki, bu, Dağlıq Qarabağ münaqişəsinin dincliklə həlli üçün əsas olacaqdır.

Qeyd etmək fərəhlidir ki, hökumətlərarası iqtisadi və elmi-texniki əməkdaşlıq komissiyası son vaxtlar işini fəallaşdırmışdır. Bu sahədə çox böyük ehtiyat mənbələri var, lakin onlardan təzə-təzə istifadə edilməyə başlanır. Qarşıda hələ maraqlı çox işlər durur və çox işlər görülməlidir. Siz bunu Sankt-Peterburqda görüş zamanı dediniz.

Mədəni əlaqələrimiz genişlənir və möhkəmlənir. Bu il biz burada, Azərbaycan torpağında keçirilən mədəniyyət günlərində Rusiya artistlərinin mehribancasına qarşılanmasının şahidi olduq. Azərbaycan paytaxtının çox gözəl və rahat bir guşəsində rus və dünya poeziyası dühasının - Puşkinin abidəsinin ucaldılmasının tezliklə bir ili tamam olacaqdır. Sankt-Peterburqda isə Azərbaycan və bütün Şərq poeziyası dühasının - şair və mütəfəkkir Nizaminin heykəli qoyulmuşdur. Bu gün “Bakinski raboçi” qəzetinin haqlı olaraq yazdığı kimi, diplomatik münasibətlərimizin lap bu yaxınlarda birlikdə bayram etdiyimiz 10 illik yubileyi ölkələrimiz arasındakı sərhəd çəpərləri çəkməklə deyil, dünyanın və ölkələrimizin dahi vətəndaşlarının abidələrini bir-birimizə bəxş etməyimizlə əlamətdar olmuşdur.

Bizim üçün bunu da dərk etmək çox xoşdur ki, diplomatik missiyamızı həyata keçirdiyimiz bu ölkədə həyat bir yerdə durmur, inkişaf edir, maneələr isə uğurla aradan qaldırılır. Azərbaycanın Xəzər dənizindəki neft və qaz ehtiyatlarının genişmiqyaslı işlənilməsi ilə əlaqədar ölkədə sosial tərəqqinin güclənməsi göz qabağındadır.

Biz Azərbaycan cəmiyyətindəki sabitliyi görürük və bunu qiymətləndiririk. Bu sabitlik ölkədə akkreditə olunmuş diplomatik korpusun vəziyyətində də hiss olunur. Biz Yer kürəsinin digər sahələrində mövcud olan problemləri hiss etmirik. Biz başa düşürük ki, bunun arxasında Azərbaycan xalqının, hüquq mühafizə işçilərinin, xarici siyasət idarəsi əməkdaşlarının, hökumətin nəhəng işi durur. Lakin bütün onların hamısına Prezident rəhbərlik edir. Fürsətdən istifadə edərək, Heydər Əliyeviçin bütün köiməkçilərinə və ilk növbədə isə çox hörmətli Heydər Əliyeviç, Sizə “Çox sağ olun!” demək istəyirəm.

Bunu da qeyd etmək mənim üçün xoşdur ki, Sankt-Peterburqda səfərdə olarkən Siz sivilizasiyaların uğurlu dialoquna görə Andrey Pervozvannı adına beynəlxalq mükafat aldınız. Heydər Əliyeviç bu fəxri mükafatla təltif olunmuş ilk xarici ölkə lideri, Prezidentidir. Çin, Fransa, Misir rəhbərləri də bu mükafatı almağa namizəddirlər. Lakin onu birinci Heydər Əliyeviç aldı. Bu da bizim üçün ikiqat xoşdur.

Heydər Əliyeviç, Sizə, köməkçilərinizə, burada iştirak edənlərin hamısına, Sizin simanızda bütün Azərbaycan xalqına sülh, firavanlıq, dostluğumuzun möhkəmlənməsini və inkişaf etməsini arzulayıram.

Bir daha çox sağ olun!

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən Rusiya günü, Rusiya Federasiyasının dövlət suverenliyinin elan edilməsi günü münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Bu, böyük bayramdır, yeni Rusiyanın tarixində ən əsas bayramdır.

Məhz həmin gün, Rusiya Federasiyasının dövlət suverenliyi haqqında Bəyannamənin qəbul edildiyi gün ilk öncə Rusiyanın özündə, - çünki Rusiyanın özü o vaxtlar mövcud olan hər şeydən azad olmalı idi, - və təbii ki, Rusiya ilə birlikdə Sovetlər İttifaqının tərkibində olmuş digər respublikalarda müstəqilliyə və azadlığa doğru hərəkat başlandı. Ona görə də biz bu günü təkcə rusiyalıların, Rusiya Federasiyasının bayramı kimi qiymətləndirmirik, biz bu günü Sovetlər İttifaqının tərkibinə daxil olmuş digər respublikaların, o cümlədən də Azərbaycanın azadlığının, müstəqilliyinin, suverenliyinin bünövrəsini qoymuş gün kimi də qiymətləndiririk.

Burada Nikolay Timofeyeviç Rusiyanın son vaxtlar qazandığı böyük uğurlardan və öz suverenliyini elan edərək müstəqil dövlət olduğu vaxtdan bəri Rusiyanın necə böyük və mürəkkəb yol keçməli olmasından çox yaxşı, aydın və inandırıcı şəkildə danışdı. Bəli, Rusiyada xüsusən son illərdə, həqiqətən, böyük dəyişikliklər baş verir. Əlbəttə, bu dəyişikliklərin bünövrəsi əvvəllər, Rusiya demokratiya, azadlıq, bazar iqtisadiyyatı, aşkarlıq yolunu seçdiyi vaxtda qoyulmuşdur. Lakin bu yolda nə qədər çətinliklər, maneələr olduğu və rusiyalıların bunları necə çətinliklə və əziyyətlə dəf etdikləri xatirimdədir. Ancaq bunlar artıq arxada qalmışdır.

İndi Rusiya yüksəlişdədir və Rusiyanın iqtisadi inkişafı barədə Nikolay Timofeyeviçin gətirdiyi rəqəmlər, məlumatlar, şübhəsiz, dostcasına hörmət hissi doğurur. Mən buna sevinirəm. Biz Rusiyanın uğurlarına həmişə sevinmiş və uğursuzluqlarından kədərlənmişik. Lakin, xoşbəxtlikdən, indi Rusiyada uğurlar daha çoxdur, uğursuzluqlar hələlik yoxdur və hesab edirəm ki, olmayacaqdır. Çünki indi Rusiya tamamilə düzgün istiqamətdə, özü də Prezident Vladimir Vladimiroviç Putin başda olmaqla çox layiqli qüvvələr tərəfindən idarə edilir.

Rusiyanın xarici siyasətindəki böyük dinamizmi bizdə böyük maraq doğurur. Bu dinamizmin təkcə Rusiyaya deyil, Avropaya, dünya birliyinə də aidiyyatı var. Bu proses, əlbəttə, birtərəfli deyildir. Amerika Birləşmiş Ştatlarında, Avropa ölkələrində görülən işlər, bununla əlaqədar Rusiyanın görduyü işlər - bütün bunlar bir yerdə dünyada tamamilə yeni mühit, yeni şərait yaradır. İndi bütün dünya 11 sentyabr hadisələrindən sonrakı dövrü yaşayır. Həmin gün bəşəriyyət terrorizmlə, özü də tarixdə görünməmiş bir terrorizmlə üzləşdi. Bizi belə bir fakt sevindirir ki, 11 sentyabrdan sonra ötən müddət ərzində dünyanın aparıcı ölkələri - Amerika Birləşmiş Ştatları, Avropa ölkələri, Rusiya, NATO-nun üzvü olan bütün başqa ölkələr terrorizmə qarşı öz səylərini fəal surətdə birləşdirirlər.

ABŞ Prezidenti Buşun və Rusiya Prezidenti Putinin bu yaxınlarda Moskvada görüşü böyük hadisə oldu və çox mühüm nəticələrlə yadda qaldı. İndi Rusiya NATO ilə bir yerdədir. Bu, əlbəttə, belə fikirləşməyə əsas verir ki, hələ də bəzi məsələlərdə mövcud olan və təzahür edən qarşıdurma tədricən aradan qaldırılır. Bütün bunlar Avropanın, Amerika Birləşmiş Ştatlarının həyatında, ümumiyyətlə bütün dünyada çox böyük hadisədir, lakin bunlar bilavasitə digər ölkələrə, o cümlədən Azərbaycana da aiddir.

Biz öz dostlarımızı - rusiyalıları xarici siyasətdəki uğurlarına görə təbrik edə və əmin olduğumuzu deyə bilərik ki, qərb ölkələri ilə, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq gələcəkdə də inkişaf edəcəkdir. Bu isə Avropada və bizim regionda sabitliyin, hər bir ölkənin öz problemlərini özü həll etməsinin, öz iqtisadiyyatını inkişaf etdirməsinin, beynəlxalq terrorizmin tamamilə dəf edilməsinin təminatı olacaqdır.

Rusiya ilə bizim münasibətlərimiz yaxşıdır. Nikolay Timofeyeviç bu əsrin, bu minilliyin əvvəlində Rusiya ilə Azərbaycan arasında baş vermiş çox mühüm hadisələrdən - Prezident Putinin Azərbaycana səfərindən, Azərbaycan Prezidentinin cavab səfərindən, bizim imzaladığımız çox mühüm sənədlərdən söhbət açdı.

Nəhayət, Vladimir Vladimiroviç Putinin dəvəti ilə Sankt-Peterburqda bu yaxınlardakı görüşümüz barədə. Görüş məhz indiki mərhələdə çox vacib idi. Biz dövlətlərarası münasibətlərimizin mühüm məsələləri, dünyada baş verən hadisələr barədə, regionumuzda vəziyyət, Qafqazdakı münaqişələrin, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün səyləri gücləndirməyin zəruriliyi haqqında fikir mübadiləsi apardıq. Söhbətimiz dostluq, qarşılıqlı anlaşma, etimad və qarşılıqlı hörmət ruhunda keçdi. Mən bu görüşdən çox məmnunam. Məmnunam ki, biz Sankt-Peterburqda, bu çox gözəl şəhərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini birlikdə açdıq. Bu, qeyri-adi bir hadisədir. Santk-Peterburq elə bir şəhərdir ki, orada Rusiyanın, - həm də təkcə Rusiyanın deyil, - bir çox görkəmli adamlarının abidələri var. Onlarla yanaşı, Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsinin də ucaldılması rusiyalıların Azərbaycan xalqına olan dərin ehtiramının əlamətidir, xalqlarımız və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə yönəldilmiş bir aktdır. Heykəlin Rusiya Prezidenti Putin və Azərbaycan Prezidenti tərəfindən açılması bu hadisəni əlamətdar etmişdir.

Bu gün biz bu bayramda özümüzü çox gözəl hiss edirik. Çünki, əvvəla, Rusiya səfirliyində qonağıq, ikincisi isə, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, səfirlərlə, diplomatlarla birlikdəyik. Yaxşı görüşdür! Mən bu görüşə görə minnətdaram. Sizi bu bayram münasibətilə bir daha təbrik edirəm və sizə, bütün rusiyalılara və Yer kürəsinin bütün insanlarına xoşbəxtlik və firavanlıq arzulayıram.

(Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabovun və Azərbaycan Prezidenti Heydər Əliyevin nitqləri böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

X X X

Sonra NİKOLAY RYABOV dövlətimizin başçısına müraciətlə dedi:

-Çox hörmətli Heydər Əliyeviç! Ölkələrimiz arasında münasibətlər haqqında, dostluğumuz barədə səmimi, ürəkdən gələn sözlərə görə çox sağ olun. Vladimir Vladimiroviç Putinlə Sizin qəbul etdiyiniz qərarların həyata keçirilməsi üçün biz var qüvvə ilə çalışacağıq.

X X X

Azərbaycan dövlətinin başçısı qəbulda iştirak edən mədəniyyət xadimləri, rus icmasının üzvləri, respublika ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Azərbaycan Yazıçılar Birliyinin qocaman üzvü, müharibə veteranı İvan Tretyakov, xalq yazıçısı Anar onlara göstərilən diqqətə və fərdi təqaüd ayrıldığına görə Azərbaycan Prezidentinə təşəkkür etdilər.

X X X

Səmimilik, dostluq şəraitində keçən rəsmi qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin birinci müavini Arif Rəhimzadə, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, xarici işlər naziri Vilayət Quliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, xarici ölkələrin Bakıda akkreditə olunmuş səfirləri, digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib