Rustavidə Zəfər Günü təntənəli şəkildə qeyd olunub
Tbilisi, 8 noyabr, AZƏRTAC
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin rəhbəri Raida Dərziyeva Vətən müharibəsindəki Qələbə haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası Ali Baş Komandanın həyata keçirdiyi müdrik siyasətin, Azərbaycan əsgərinin şücaəti və xalqımızın əzmi sayəsində mümkün olub.
Şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiya ilə tədbirə xüsusi rəng qatıblar. Onlar şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi