Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saat 1-ə 22 dəqiqə işləmiş...

Bakı, 20 yanvar, AZƏRTAC

1990-cı il yanvarın 20-si gecə saat 1-ə 22 dəqiqə işləmiş...

Avtomobildə saatın əqrəbləri də həmin vaxt donub. Düz 34 ildir ki, o, həmin vaxtı olumla ölüm anı kimi dəyərləndirir.

“Hər gün “Zaporojest” markalı avtomobilimlə gecəni səhərədək küçələrdə dayanan adamlara yemək, ocaqda yandırıb qızışmaq üçün odun-ocaq aparırdım. Həmin axşam saatlarında evə gəlib avtomobilin üstündə olan yük yerinə xeyli odun-ocaq yığdım. Mühərriki işə salıb tərpənmək istəyəndə qonşu uşaqları - İlqar, Pərviz və Zakir də mənə yaxınlaşıb onları da aparmağı xahiş etdilər. Onların 13-14 yaşı vardı, dedilər ki, biz də xeyli odun toplamışıq, gedək onları da maşına yığaq. Mən onların topladıqları odunu da avtomobilə yüklədim, lakin gecə vaxtı uşaqları aparmağa etiraz etdim. Onlar evə gedib valideynlərindən icazə alandan sonra gəlib arxa oturacaqda əyləşdilər”, - deyə Nazim Ələkbərov həmin gecə baş verənləri AZƏRTAC-a xatırlayır.

“Zaporejest” aşağı sürətlə Tbilisi prospektindən indiki 20 Yanvar meydanına gedən yolla irəliləyirdi, ondan arxada da içi sərnişinlə dolu RAF markalı avtobus hərəkət edirdi. İrəlidə isə iki tank gedirdi. Tankın biri irəliyə doğru hərəkətini davam etdirdi, mikrorayona dönən yola çatanda ikinci tank qəflətən geriyə dönüb arxadan gələn maşınların üstünə hücum çəkdi.

“Tankın öz yerində dönərək atəş aça-aça üstümüzə gəlməyi hamını çaşdırmışdı. Bir onu edə bildim ki, avtomobilin əyləcini basıb saxladım. Tez oturacağı yuxarı qaldırdım ki, uşaqlar maşından düşə bilsinlər. Başqa heç nə xatırlamıram, çünki elə bildim ki, avtomobili xıncım-xıncım əzən tankın tırtılları mənim də üstümdən keçdi. Həmin vaxt tramvay xəttinin kabelləri də qırılıb maşının üstünə töküldü, elə bildim ki, indicə məni elektrik vuracaq, külüm göyə sovrulacaq. Özümü itirmiş və donuq vəziyyətdə avtomobilin içində qalmışdım. Lakin çox qəribədir ki, bunların heç biri baş vermədi. Tank isə pulemyotundan atəş açaraq bizdən arxada gələn RAF-ın üstünə doğru hərəkət etdi”, - deyə Nazim yenidən həmin ağır dəqiqələri xatırlayır.

O, yalnız möcüzə nəticəsində hadisədən salamat çıxa bilib, uşaqlar isə arxa qapıdan tullanaraq özlərini yerə atıblar. Arxadan gələn sərnişin avtobusunun sürücüsü ayaqlarını itirib. “Avtomobilin qabaq şüşəsi sınıb üz-gözümə dolmuşdu. Sifətim qan içində idi, ayağıma isə dəmir parçası girmişdi”, - deyə o, söhbətini davam etdirir. Ətrafda olanlar bizə yaxınlaşıb kömək etdilər, məni maşının içindən çıxardılar. Lakin mən daha çox uşaqların hayında idim. Onların üçünü də sağ-salamat görəndə çox sevindim, hətta öz ağrılarımı da unutdum. Tbilisi prospektindən “Qələbə” kinoteatrına gedən yolla Yasamala doğru gəlirdik. Yolla gələrkən sovet tanklarının hara gəldi atılan atəşlərindən biri İlqara dəydi. O, qarnından yaralanmışdı. Yolda qara rəngli bir QAZ-24 saxlayıb bizi hazırkı Kliniki Tibbi Mərkəzə çatdırdı, həmin maşın da güllələrdən dəlik-deşik olmuşdu. Təəssüf ki, Bakıdakı 167 nömrəli məktəbin yeddinci sinif şagirdi İlqar İsmayılovun həyatını xilas etmək mümkün olmadı. Özüm həmin avtomobillə evə qayıtdım. Gecə yarısı təcili yardım çağırdılar, mənə ilkin tibbi yardım göstərildi. Səhər açılan kimi Respublika Mərkəzi Xəstəxanasına getdim”.

İxtisasca rəssam olan Nazim Ələkbərov yanvarın 20-dən fevralın 26-dək həmin xəstəxanada müalicə olunub. O, sinəsindən, ağciyərindən, onurğa sümüyündən və ayağından ağır yara almışdı. Bir aydan artıq davam edən müalicələrdən sonra həkimlər onu sağaldaraq evə yazıblar. Ona ikinci qrup əlillik statusu verilib.

Lakin o, hələ xəstəxanada ikən baş verən bu vəhşilik, günahsız adamlara edilən hücumlar, Bakı küçələrində törədilən izahı mümkün olmayan azğın hərəkətlər barədə şəhərin komendantına, ovaxtkı sovet rəhbərliyinə məktublar yazıb, teleqramlar vurub, başına gələn hadisə barədə şikayətlər edib. Xüsusilə onu qeyd edir ki, idarə etdiyi “Zaporojest” avtomobilinin mühərrikinin arxada olması onun həyatını xilas edib. Mühərrik öndə olsaydı, yəqin ki, Nazimin həyatında möcüzə baş verməyəcəkdi. O, bu barədə Ukraynada həmin avtomobilləri istehsal edən zavoda da məktub yazıb. Nazimi zavoda dəvət edərək ona “Zaporojest” markalı yeni avtomobil veriblər.

Qanlı 20 Yanvar gecəsində xıncım-xıncım, əzik-əzik olan köhnə avtomobil isə indi Yasamalda Nazim Ələkbərovun evində həmin məşum günlərin yadigarı kimi saxlanılır. Əslində avtomobildən çox metallomu xatırladan avtomobildə təkcə sürücünün sağında olan saat salamat qalıb. Vaxt isə həmin vaxtdır: saat 1-ə 22 dəqiqə işləyib...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali təhsildə süni intellekt: UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək

Maliyyə naziri: Azərbaycan həm vergi, həm gömrük güzəştləri təqdim edir

Səadət Şıxıyeva: Qənbəroğlunun ədəbi mirası xüsusi tədqiqə layiqdir

“Bayraktar Teknoloji” Azərbaycan 2027-ci il üzrə təcrübə proqramına qəbul elan edib

Azərbaycan dilinin farsdilli poeziyaya təsiri - yeni tədqiqat

Nazir: Dövlət büdcəsi növbəti il prioritetlərinə uyğunlaşdırılıb

Qeyri-iş günlərində avtovağzallar 93 minə yaxın sərnişinə xidmət göstərib

Qulu Ağsəs: “Saat 6-nı gözləyirəm” müharibənin və Zəfərin kitabıdır

“SpaceX” “Starlink” peyk internet terminalının yeni versiyasını təqdim edib

Qazaxıstan beynəlxalq yükdaşımalarında elektron qaimələrə dair protokolu ratifikasiya edib

Azərbaycan güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar

Əbu-Dabidə üçtərəfli danışıqların ikinci mərhələsi keçirilir

Sahil Babayev: Gələn ildən rayonlarımızın dotasiyadan asılılığı olmayacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər YENİLƏNƏCƏK

Analitik: Avropalı tərəfdaşların texniki biliklərini Azərbaycanla bölüşməsi enerji infrastrukturunun təkmilləşdirilməsinə şərait yarada bilər

Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

Polşada yaşayan azərbaycanlıların Koordinasiya Şurasına seçkilər keçirilib

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib YENİLƏNİB

Qaurav Şarma: Beynəlxalq tərəfdaşlıq Azərbaycanın enerji ixracı imkanlarını genişləndirir VİDEO

Qaurav Şarma: Beynəlxalq tərəfdaşlıq Azərbaycanın enerji ixracı imkanlarını genişləndirir VİDEO

İdman direktoru: “Sabah”ın “Trabzonspor” üzərində qələbəsi xüsusi əhəmiyyət daşıyır

Komitə sədri: Vətəndaşlarımızın həssas təbəqəsinin rifah halının yaxşılaşdırılması üçün də kifayət qədər büdcə nəzərdə tutulub

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Abşeron rayonunda valideynlərlə görüş: narkomaniya ilə mübarizədə ailənin rolundan bəhs olunub

Antalyadan COP31 mənzərələri - EKSKLÜZİV FOTOREPORTAJ VİDEO

Antalyadan COP31 mənzərələri - EKSKLÜZİV FOTOREPORTAJ VİDEO

Arzu Nağıyev: Kibertəhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizlik məsələsidir

“Forbes” nəşrinin baş yazarı: Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir VİDEO

“Forbes” nəşrinin baş yazarı: Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir VİDEO

Astarada mikroavtobus aşıb, çoxlu sayda yaralı var

Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi yazı və rəsm müsabiqələrini elan edib

Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ

Hindistanda 147 sərnişinin olduğu təyyarədə qaçırılma xəbərdarlığı aşkarlanıb

Azərbaycanın iki güləşçisi Qazaxıstanda medal qazanıb

İran Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək? VİDEO

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək? VİDEO

Azərbaycanlı voleybol hakimi beynəlxalq oyuna təyinat alıb

Ombudsman: Rəqəmsallaşma fonunda işçilərin rəqəmsal bacarıqlarının inkişafına maliyyə dəstəyi verilməlidir

Misir məhkəməsi 35 Avropa təşkilatını və 36 şəxsi “terror siyahısı”na daxil edib

Xankəndidən dünyaya verilən mesaj: Azərbaycan Zəfərdən yeni inkişaf mərhələsinə doğru - ŞƏRH

“Xankəndi” futbol klubu doğma şəhərinə köçməyi planlaşdırır

Yaşıl Enerji Dəhlizi layihəsində Avropa şirkətlərinin iştirakı nəzərdən keçirilib

Ombudsman insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə təkliflər irəli sürüb

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 11 faiz artıb

İki əsrlik dad yaddaşı: Qaşqaçayda su dəyirmanı nəsildən-nəslə ötürülərək qorunub

Azərbaycan dilçiliyinin və lüğətçiliyinin yorulmaz tədqiqatçısı - professor İsmayıl Məmmədli

Naxçıvanda vergi daxilolmaları 11 faizə yaxın artıb

Komitə sədri: Saatlıq əməkhaqqı qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə təkan verəcək VİDEO

Komitə sədri: Saatlıq əməkhaqqı qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə təkan verəcək VİDEO

Yaponiyada 2025-ci il parlament seçkiləri konstitusiyaya zidd hesab edilib

Bu saata olan əsas xəbərlər

Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Nazir müavini: 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Ballıca sakini: Nəvələrim mənim oxuduğum məktəbdə təhsil alırlar VİDEO

Ballıca sakini: Nəvələrim mənim oxuduğum məktəbdə təhsil alırlar VİDEO

Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 8 faizə yaxın artıb

Azər Bayramov: Qeyri-neft-qaz sektorunun orta illik hesabla 5,2 faiz artması gözlənilir

Azərbaycan basketbol millisi İsveçrə ilə oyuna ciddi itkilərlə çıxacaq

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

6 aylıq sosial sığorta stajı tələbi niyə qoyulur? – Nazir müavini açıqladı VİDEO

6 aylıq sosial sığorta stajı tələbi niyə qoyulur? – Nazir müavini açıqladı VİDEO

Yaşıl Enerji Dəhlizinə enerji təchizatçılarının və alıcılarının cəlbi nəzərdən keçirilib

Nazir müavini: Əməkhaqqının elektron ödəniş sistemi vasitəsilə ödənilməsi və izlənilməsi nəzərdə tutulur

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

Zaur Əliyev: Minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsi zəruridir VİDEO

Zaur Əliyev: Minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsi zəruridir VİDEO

Azərbaycan İdman Akademiyası “QS Stars” auditində 5 ulduza layiq görülüb

Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

İqtisadiyyata kredit qoyuluşları 15 faizdən çox artıb

Ziyafət Əsgərov: İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış büdcənin prioritet istiqamətlərindəndir

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Salsal qalası

Əbu-Dabi danışıqları neftin qiymətinə necə təsir edəcək?

Sənaye sektorunda 58 milyard manatdan çox məhsul istehsal edilib

Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb

"ASAN xidmət"in tətbiqi ilə bağlı daha 3 memorandum imzalanıb

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Azərbaycanın strateji valyuta ehtiyatları artıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Nazir müavini Rəşad Mustafayev Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanlı könüllülər COP31-də

Azərbaycanda ÜDM 1,7 faiz artıb

Zəfərin siyasi təntənəsi, suverenliyin möhkəmliyi və güclü Azərbaycanın yeni reallıqları

Rusiyanın Smolensk vilayətinə dron hücumları nəticəsində iki nəfər ölüb

“Üzgüçülük hamı üçün” yarışının vaxtı açıqlanıb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər açıqlanıb VİDEO

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər açıqlanıb VİDEO

MEK-in direktoru: Prezidentin Xankəndi müraciəti tarixi ədalətin və milli qürurun təntənəsidir

Azərbaycanın COP31-dəki milli pavilyonunda energetika keçidi məsələləri müzakirə olunub

Bolqarıstanda faciəvi yol qəzaları ilə əlaqədar milli matəm günüdür

ABŞ-də Trampın BBC-yə qarşı 10 milyard dollar təzminat iddiası üzrə məhkəmə davam edəcək

“Qərbi Azərbaycan folkloru” seriyasının növbəti cildi işıq üzü görüb

NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib

ABŞ Enerji İnformasiya Administrasiyası neft qiymətləri proqnozunu artırıb

TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?

“Azərbaycan Dəmir Yolları” tərəfindən daşınan yüklərin həcmi artıb VİDEO

“Azərbaycan Dəmir Yolları” tərəfindən daşınan yüklərin həcmi artıb VİDEO

Antalyada COP31 konfransı işini davam etdirir VİDEO

Antalyada COP31 konfransı işini davam etdirir VİDEO

BMT: Dünyada təxminən 1,5 milyard qadın və qız iqlim böhranının ən çox təsir etdiyi regionlarda yaşayır

Dünya birjalarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir VİDEO

Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir VİDEO

AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb