İQTİSADİYYAT
“Saatlı” Elektrik Şəbəkəsi Müəssisəsində texniki tədbirlər gücləndirilir
Bakı 7 oktyabr (AZƏRTAC). “Saatlı” Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə texniki tədbirlər gücləndirilmişdir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müəssisənin balansına aid olan 10 kilovoltluq I-II “Şəhər”, “Nəsimikənd”, “Mircəlalkənd” və digər bir neçə hava xəttində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı 4,7 kilometrə yaxın naqil təmir edilmişdir. Paralel olaraq rayonun Seyidoba, Məzrəli, Azadkənd və digər bir neçə kəndlərində və Saatlı şəhəri ərazisində 0,4 kilovoltluq xətlərdə də təmir işləri aparılaraq 8,9 kilometr xətt təmir olunmuşdur. Hazırda yenidənqurma və təmir işləri davam etdirilir.