REGİONLAR
Saatlıda tir atıcılığı yarışı başa çatıb







Saatlı, 3 mart, Aydın Yavərzadə, AZƏRTAC
Saatlıda “İdman həftəsi” ilə bağlı silsilə tədbirlərin davamı olaraq tir atıcıları arasında yarış keçirilib. Hər atıcı 3 dəfə atış şansı ilə hədəfə atəş açıb.
Saatlı Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, idarənin, Saatlı “Gənclər evi” sosial xidmət müəssisəsinin və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan yarışda yeniyetmə və gənclərdən ibarət 30-a yaxın atıcı iştirak edib. Qalib mümkün olan 30 xaldan 21 xal toplayan Mirzəzadə Sənan Vüsal oğlu diplomla təltif olunub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən fevralın 27-dən martın 5-dək ölkə ərazisində “İdman həftəsi” keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [16:20]
Ölkənin ən böyük intellektual turnirin qalibi Qubada müəyyənləşir
- 09.12.2023 [11:42]
Ağdam Sənaye Parkında qazobeton zavodunun inşası yekunlaşıb VİDEO
- 09.12.2023 [01:47]
ADAU-nun komandası intellektual yarışda zona birincisi olub
- 08.12.2023 [21:33]