Sabah arabir yağış yağacağı gözlənilir
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycanda noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gündüz isə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]
DSMF-nin bu ilin 9 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 07.10.2026 [16:53]