Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah Bakıda WUF13 başlayır

Sabah Bakıda WUF13 başlayır

Bakı, 16 may, AZƏRTAC

Sabah, mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Mayın 22-də başa çatacaq sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.

Forum yalnız urbanistika və memarlıq sahəsinin deyil, həm də sosial inkişaf, iqtisadi transformasiya, iqlim dəyişiklikləri və insan rifahı ilə bağlı qlobal məsələlərin müzakirə edildiyi ən böyük beynəlxalq platformalardan biri hesab olunur.

AZƏRTAC xatırladır ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təsis edilən beynəlxalq platforma müasir çağırışlara beynəlxalq həll yollarının tapılması məqsədi daşıyır. Həmçinin müxtəlif ölkələrin hökumətlərini, şəhər rəhbərlərini, alimləri, memarları, investorları, biznes nümayəndələrini və vətəndaş cəmiyyətini bir araya gətirərək qlobal urbanizasiya siyasətinin formalaşmasında mühüm rol oynayır.

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərində artan rolunun göstəricisi hesab edilir. Bu qərar ölkənin beynəlxalq əməkdaşlığa verdiyi töhfənin, etibarlı tərəfdaş kimi qazandığı nüfuzun və müasir şəhərsalma siyasətinin yüksək qiymətləndirilməsidir. WUF13-ə 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib ki, bu da artıq WUF tarixində rekord göstəricidir. 

Bakı Olimpiya Stadionunda genişmiqyaslı hazırlıq işləri görülüb

Forumun keçiriləcəyi məkan Bakı Olimpiya Stadionunu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Tədbir məkanında plenar zallar, sərgi sahələri, media mərkəzləri və innovasiya zonaları yaradılıb. Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6 min nəfərə qədər iştirakçını qəbul edə biləcək. Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır. Həmçinin məkanda “Media mərkəzi” ilə yanaşı, “Dəyirmi masa”, “Xüsusi sessiya” və “Dialoq zalları” yerləşir. “Media mərkəzi”ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. Ərazidə istirahət zonası da yaradılıb. Belə ki, zonanın ümumi vizual və memarlıq yanaşmasında İçərişəhərdən ilhamlanan elementlərdən və Azərbaycan xalçaçılığına aid ornamentlərdən istifadə edilib. Forum iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı da mövcuddur. Bu sahə iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi “Expo zonası”na keçid və açıq ictimai məkan funksiyasını daşıyır. “Urban Expo zonası”nda isə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub. Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb.

Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına inteqrasiya olunub. 

Mənzil təminatı və dayanıqlı şəhərlər əsas müzakirə mövzusu olacaq

Forumun əsas mövzusu isə qlobal mənzil çağırışlarıdır. Dünyada milyonlarla insanın təhlükəsiz və münasib yaşayış yerlərinə çıxış imkanının məhdud olması urbanizasiya prosesinin ən ciddi problemlərindən biri hesab edilir. WUF13 bu məsələyə xüsusi diqqət ayıraraq mənzil təminatını sosial inklüzivliyin, iqtisadi inkişafın və dayanıqlı şəhərlərin əsas elementi kimi təqdim edir. Tədbirdə iqlim dəyişikliklərinin şəhərlərə təsiri, ekoloji risklərə davamlı urban infrastruktur, yaşıl enerji həlləri, smart-city texnologiyaları və rəqəmsal şəhər idarəçiliyi kimi mövzular da geniş müzakirə olunacaq. Belə ki, WUF13-ün proqramı artıq ictimaiyyətə təqdim olunub. Forum çərçivəsində yüksəksəviyyəli plenar sessiyalar, beynəlxalq konfranslar, sərgilər, biznes görüşləri və innovasiya platformaları təşkil ediləcək. Qlobal müzakirələrin istiqamətini müəyyən edən yüksəksəviyyəli dialoqlar WUF13 proqramının əsasıdır. Bu dialoqlar çərçivəsində mənzil təminatının inklüzivlik, davamlılıq və şəhər sistemləri ilə əlaqəsi araşdırılacaq. Bununla yanaşı, dialoqların hər biri mənzil təminatının mühüm aspektlərini müzakirəyə çıxaracaq. Xüsusi sessiyalar çərçivəsində iqlimə uyğunlaşma, mənzil təminatı, qeyri-rəsmi yaşayış əraziləri, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, maliyyələşdirmə mexanizmləri və inklüziv şəhər inkişafı kimi mövzular diqqət mərkəzindədir. Assambleyalar isə müxtəlif həmfikir qrupların bir araya gəlməsi və öz rolları barədə fikir bildirməsi, eləcə də qlobal şəhərsalma gündəliyi çərçivəsində ortaq prioritetləri ifadə etməsi üçün xüsusi platformalar yaradır. Assambleyalar əsas şəhərsalma məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün yerli və regional hökumətlərin, yerli səviyyədə fəaliyyət göstərən və icma əsaslı təşkilatların, habelə qadınlar, gənclər, biznes dairələri və sənaye sahələrinin təmsilçilərini, o cümlədən parlament nümayəndələrini bir araya gətirəcək. Forumda, həmçinin ilk dəfə olaraq Biznes və İnnovasiya Mərkəzi yaradılıb. Bu yeni platforma urbanizasiya və mənzil təminatı sahəsində innovativ yanaşmaların təşviqinə xidmət edəcək. Burada müxtəlif ölkələrdən şirkətlər, startaplar, investorlar və texnologiya nümayəndələri iştirak edərək yeni layihələrini təqdim edəcəklər. Məqsəd şəhərsalma sahəsində dövlət və özəl sektor əməkdaşlığını genişləndirmək, innovativ texnologiyaların tətbiqini sürətləndirmək və urban inkişaf üçün yeni maliyyə imkanları yaratmaqdır.

WUF13 çərçivəsində fəaliyyət göstərəcək Startup Pavilion isə gənc innovatorlar və urban-tech layihələri üçün xüsusi beynəlxalq platforma olacaq. Burada müxtəlif ölkələrdən seçilmiş startaplar ağıllı şəhər texnologiyaları, yaşıl enerji, rəqəmsal idarəetmə və müasir yaşayış həlləri ilə bağlı layihələrini təqdim edəcəklər. Bu təşəbbüs urbanizasiya sahəsində yeni ideyaların beynəlxalq səviyyədə tanıdılması və investorlarla əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. 

Azərbaycan modeli – Tarixi irs və müasir memarlığın harmoniyası

Azərbaycan WUF13-də müasir urbanizasiya, dayanıqlı inkişaf və postmünaqişə dövründə şəhərsalma təcrübəsini beynəlxalq platformada təqdim edən ölkələrdən biri kimi çıxış edir. Bu çərçivədə Azərbaycan öz inkişaf modelini nümunə kimi nümayiş etdirir. Forum ölkənin şəhərsalma sahəsində son illərdə həyata keçirdiyi layihələrin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan nümunəsinin əsas istiqamətlərindən biri Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələridir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesi yalnız yaşayış məntəqələrinin bərpasını deyil, eyni zamanda müasir texnologiyaların tətbiq olunduğu, ekoloji baxımdan dayanıqlı və rəqəmsal idarəetmə sistemlərinə malik urban məkanların qurulmasını nəzərdə tutur. Bu layihələrdə alternativ enerji mənbələrinin istifadəsi, “ağıllı” nəqliyyat sistemləri, rəqəmsal xidmətlər və yaşıl memarlıq prinsipləri xüsusi yer tutur. WUF13-də Azərbaycanın təqdim etdiyi digər mühüm istiqamət yaşıl inkişaf siyasətidir. COP29-a ev sahibliyi etmiş ölkə kimi Azərbaycan urbanizasiya prosesində ekoloji balansın qorunmasını prioritet hesab edir. Şəhərlərdə karbon emissiyalarının azaldılması, yaşıl enerji layihələrinin genişləndirilməsi, elektrik nəqliyyat vasitələrinin təşviqi və ekoloji infrastrukturun qurulması forum çərçivəsində diqqətə çatdırılır. Bu yanaşma şəhərlərin yalnız iqtisadi deyil, həm də ekoloji baxımdan dayanıqlı inkişafını təmin etməyə yönəlib.

Bakının timsalında tarixi irslə müasir memarlığın vəhdəti də Azərbaycan nümunəsinin vacib hissəsidir. Şəhərdə qədim İçərişəhər kompleksi ilə yanaşı, müasir memarlıq nümunələri olan Alov Qüllələri və Heydər Əliyev Mərkəzi urban inkişafın harmonik modeli kimi göstərilir. Bu yanaşma milli-mədəni irsin qorunması ilə müasir şəhərsalmanın bir arada inkişaf etdirilməsinin mümkün olduğunu nümayiş etdirir.

WUF13 çərçivəsində iştirakçılar üçün təşkil olunacaq mədəni turlar isə şəhərsalma, mədəni irs və regional inkişaf kimi anlayışları canlı mühitdə nümayiş etdirmək məqsədi daşıyır. Bu baxımdan turlar Forumun nəzəri müzakirələrini tamamlayan praktik platforma rolunu oynayır və iştirakçılara real məkan təcrübəsi yaşadır. Bakı və Abşeronla yanaşı Quba, Şamaxı, Şəki, Qəbələ və Lənkəran kimi bölgələrin seçilməsi onların həm tarixi, həm də sosial-iqtisadi potensialı ilə əlaqədardır. Bu yanaşma Azərbaycanın özünü beynəlxalq arenada təqdim etmə strategiyasının bir hissəsidir və ölkənin kompleks kimliyini göstərməyə xidmət edir.

Forum çərçivəsində inklüzivlik məsələlərinə də xüsusi diqqət yetirilir. Azərbaycanda şəhər infrastrukturlarının əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması, ictimai nəqliyyatda əlçatanlıq imkanlarının genişləndirilməsi və rəqəmsal xidmətlərin hamı üçün istifadəyə uyğunlaşdırılması urban siyasətin əsas istiqamətlərindən biri kimi təqdim olunur. Bu, şəhərlərin bütün sosial qruplar üçün təhlükəsiz və rahat yaşayış məkanına çevrilməsi məqsədini əks etdirir.

Beləliklə, WUF13-də Azərbaycan nümunəsi müasir texnologiyaların tətbiqi, yaşıl inkişaf strategiyası, postmünaqişə bərpa modeli və inklüziv şəhərsalma prinsiplərinin birləşdiyi kompleks urban inkişaf modeli kimi təqdim edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

Mütərəqqi dəyərlərə söykənən Azərbaycan Konstitusiyası

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə edilir?

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Bu gün Konstitusiya Günüdür

“Anthropic” bəzi ölkələrdə xidmətlərindən istifadəyə məhdudiyyət qoyub

“Nvidia” səhmləri baş direktorun mümkün istefası xəbəri fonunda 8,6 faiz ucuzlaşıb

ABŞ və Çin Rusiya ilə üçtərəfli danışıqların keçirilməsini vacib hesab edirlər

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək

Kiyev ballistik raketlərlə vurulub

WSJ: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

Rusiyada hasil edilən nadir mavi almazın bir karatının qiyməti 1 milyon dolları ötə bilər

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

Şavkat Mirziyoyev: Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

Almaniya hökuməti strateji qaz ehtiyatının yaradılması barədə qərar qəbul edib

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Xudatda avtomobil yanaraq yararsız hala düşüb

Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

Bu saata olan əsas xəbərlər

UNEC-in yeni rəsmi saytı təqdim olunub

Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub

G7 ölkələri süni intellekt texnologiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb

Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

Krakovdakı faciə ilə əlaqədar Azərbaycan Hökuməti adından Polşaya başsağlığı verilib

Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib

“Google”, “Meta” və “TikTok” İndoneziyada hökumətin təklif etdiyi yeni müəlliflik hüququ qanununa etiraz edir

44 gündə qazanılan Zəfərin arxasında onilliklərin zəhməti və güclü iradə dayanır - ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb VİDEO

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib

Professor: Sahibkarlar dövlət dəstəyinin müqabilində ölkənin iqtisadi və intellektual inkişafına töhfə verməlidirlər

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub