Sabah gecə Bakıda 2 dərəcə şaxta olacaq
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan yüksək 774 millimetr civə sütunu olacaq. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 6-11° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, yüksək dağlıq ərazilərdə 15°, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti olacağı gözlənilir.
Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacaq.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 15-18°, gündüz 3-8° şaxta olacağı ehtimal edilir.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi qərb rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı proqnozlaşdırılıb.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı edilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2° isti, gündüz 5-8° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır.
Gecə və səhər ölkənin bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.