Sabah hava necə olacaq?
Bakı, 16 mart, AZƏRTAC
Martın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Gündüz mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Səhər yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, bəzi yerlərdə 4°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir, səhər saatlarından başlayaraq tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Gündüz saatlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacaq, gündüz saatlarından başlayaraq tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10°isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacaq, axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-12° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 3-7° isti təşkil edəcək.