İQTİSADİYYAT
Sabah “jurnalistlər binası”nda yerləşən mənzillərə dair çıxarışlar təqdim ediləcək
Bakı, 1 oktyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 2-də Prezident İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbir oktyabrın 2-də saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq.
Tədbirdə iştirak etmək istəyənlər üçün əlaqə: Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov - (050)-235-30-33.