Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabalıd xəstəlikləri

Şabalıd xəstəlikləri

Bakı, 17 mart, AZƏRTAC

Fıstıqçiçəklilər fəsiləsinə aid 14 növü olan şabalıd bitkisinin Azərbaycanda təbii halda bir növü - adi şabalıd növü yayılıb. Adi şabalıd respublikamızda Böyük Qafqaz dağlarının ətəklərində, xüsusilə Şəki-Zaqatala bölgəsində geniş yayılıb. Qeyd edək ki, şabalıd ağacı 100-150 il ömür sürür. Hətta 1000 illik şabalıd ağacları da mövcuddur.

Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Tərlan Qorçiyeva, Bürhanə Mürşüdova və Rəna Səfərovanın hazırlayıb AZƏRTAC-a ünvanlandığı elmi məqalədə bu barədə söhbət açılır.

Qulluq və yetişdirilməsi düzgün aparıldığı təqdirdə, şabalıd olduqca məhsuldar meyvə ağacıdır. Yüksək və keyfiyyətli məhsul əldə olunmasında aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılmasının böyük əhəmiyyəti var. Əks halda şabalıd ağacı mikroorqanizmlər və zərərvericilərlə daha tez sirayətlənir və müxtəlif xəstəliklər əmələ gəlir. Xəstəliklər, onların törədicilərinin növü və inkişaf tərzindən asılı olaraq vurduqları zədənin xarakteri də müxtəlif olur.

Şabalıd bağlarında göbələk mənşəli gövdə yanığı xəstəliyi daha çox müşahidə edilir. Mülayim və isti iqlim şəraiti xəstəliyin inkişafına və geniş ərazidə yayılmasına təkan verir. Həmin xəstəlik insan orqanizmi üçün təhlükəli olmasa da, bitkinin inkişafını zəiflədir və bəzən məhv edir. Qeyd edək ki, Cryphonectria parazitica Cryphonectriaceae ailəsinə məxsus göbələk növüdür. Şabalıd bitkisində C.parazitica parazitinə yaxın növlər arasında Cryphonectria radicalis, Cryphonectria naterciae və Cryphonectria japonica daha çox müşahidə olunur. Onun parazitlik etdiyi əsas sahib növlərə Amerika şabalıdı, Avropa şabalıdı, Çin şabalıdı və Yapon şabalıdı daxildir. Xəstəliyə qarşı ən həssas növ Castanea dentata, daha sonra Castanea sativa şabalıdıdır. Bundan başqa, xəstəliyə nadir hallarda palıd, ağcaqayın, Avropa vələsi və cırtdan şabalıdında da rast gəlinir.

Nekrotrofik bir patogen olaraq sahib bitkilərə gövdə və budaqlarda formalaşmış böyümə çatlaqlarından, o cümlədən quraqlıq, yanğın, təbii seçmə və ya ağacların kəsilməsi nəticəsində yaranan zədələnmələrdən nüfuz edə bilir. Nəticədə nekrotik zədələnmələr (yanıqlar) formalaşdırır ki, bu da budaqları və zoğları bir neçə ay ərzində məhv edə bilir. Belə ki, gövdə yanığı sürətlə böyüyür, eləcə də yoluxmuş budaqların yarpaqları solur, sarı və ya qəhvəyi rəng alır. Yarpaq tökülmə dövründən sonra da saralmış yarpaqlar ağacın üzərində qalır. Bu, gövdə yanığı xəstəliyinin ilkin əlaməti hesab edilir. Yanıqların olduğu sahənin aşağı hissəsində ağaclar adətən epikormik zoğlar formalaşdıraraq patogenə cavab verir.

Qeyd edək ki, göbələk mənşəli gövdə yanığı xəstəliyinə qarşı tam səmərəli mübarizə tədbiri olmadığı üçün təsərrüfat sahiblərinə aqrotexniki mübarizə tədbirlərinin düzgün və vaxtında aparılması tövsiyə olunur. Belə ki, mexaniki mübarizə tədbirləri zamanı ağacın gövdəsində xəstəliyin əlamətləri müşahidə olunarsa, bu zaman yoluxmuş quru və çürümüş hissələr təmizlənməlidir. Xəstəliyə 30-60 faiz sirayətlənmiş ağacların budaqları zədələrdən 25 santimetr aşağı olmaqla kəsilməli və yandırılmalıdır. Həmçinin 60 faizdən çox sirayətlənmiş və tam qurumuş ağaclar isə kök boğazından yuxarı kəsilməli və kötüyün yerüstü hissəsi də daxil olmaqla yandırılmalıdır. Həmin əməliyyat xüsusilə də qış aylarında aparılmalıdır ki, yazda xəstəlik digər ağaclara yayılmasın. Kimyəvi mübarizə tədbirləri kimi kimyəvi maddələrlə terapevtik işlənmə üsulları şabalıd gövdə yanığına nəzarət üçün uyğun seçim hesab edilmir. Çünki əksər ölkələrdə meşələrdə kimyəvi maddələrin istifadəsi məhdudlaşdırılır. Bundan başqa, funqisidlər fitotoksik təsir göstərə və ya davamlılığın formalaşmasına səbəb ola bilər. Bəzi mənbələrdə göstərilir ki, şabalıd ağaclarının fərdi olaraq triazol funqisidləri ilə, xüsusən də epoksikonazolla işlənməsi daha faydalıdır. Eyni zamanda, ağacın özünü yenidən bərpa etməsi üçün ona 15 gündən bir üç dəfə karbendazim, benomil və epoksikonazol tərkibli funqisidlər çilənməli və ya gövdələrin inyeksiyası həyata keçirilməlidir.

Hipovirulentlik qazandırma xəstəliyi nəzarətdə saxlamaq üçün hipovirulent ştamların istifadəsi perspektivli hesab edilir. Avropada geniş tətbiq edilən mikovirus Cryphonectria hipovirus 1 (CHV-1) şabalıd yanığı xəstəliyinə qarşı uğurlu bioloji nəzarət üsulu sayılır. CHV-1 C.parasitica göbələyini yoluxdurur və parazitar böyüməsini və sporulyasiya qabiliyyətini azaldır.

Çarpazlaşdırma üsulu da geniş tətbiq edilən metodlardandır. Belə ki, Amerika və Çin şabalıdının müqayisəli transkriptom analizindən istifadə edilərək şabalıd gövdə yanığı xəstəliyinə qarşı davamlılığın formalaşmasında iştirak edən bir neçə gen müəyyən edilib. Hələ ötən əsrin 80-ci illərində Amerika Şabalıd Fondu əhəmiyyətli meşə ağacı növü olaraq Amerika şabalıdını bərpa etmək məqsədilə böyük bir yetişdirmə proqramına başlayıb. Həmin proqramın məqsədi Çin şabalıdının yanığa davamlılığını Amerika şabalıd genomuna tətbiq etməkdir. Çarpazlaşma nəticəsində Amerika şabalıd xüsusiyyətlərinə sahib yüksək keyfiyyətli üç uğurlu hibrid nəsli formalaşdırılıb. Avropada isə Asiya və Avropa şabalıdının növlərarası çarpazlaşdırılması nəticəsində şabalıd yanığına qarşı davamlılıq göstərən hibridlər alınıb.

Son dövrlərdə gövdə yanığı xəstəliyinə qarşı davamlılıq üçün transgenik yanaşma - genomun dəyişdirilməsi texnologiyası tətbiq edilməyə başlanılıb. Belə ki, buğda bitkisindən alınan oksalat oksidaz geni şabalıd genomuna daxil edilərək xəstəliyə qarşı yüksək davamlı şabalıd genomu yaradılıb. Həmin gen şabalıd bitkisində ekspressiya olunaraq, C.parasitica tərəfindən hazırlanan toksini oksalik turşusunu parçalayır.

Əkin materialı kimi şabalıdın xəstəliyə davamlı növ, forma və hibridlərindən (Yapon şabalıdı, cırtdan şabalıd və s.) istifadə edilməsi vacibdir. Qeyd edək ki, ölkəyə idxal olunan sahib bitkinin əkin materialı karantin baxışdan keçirilməlidir. Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatı (EPPO) tövsiyə edir ki, ölkəyə idxal edilən şabalıd və palıd cinsinin oduncağı C.parasitica patogeni rast gəlinməyən və xəstəlik son vegetasiya dövründə müşahidə edilməyən ərazilərdən gətirilməlidir.

Şabalıd ağacları böyük iqtisadi və ekoloji əhəmiyyətə malikdir. Keyfiyyətli taxta, odun və tanin istehsalı üçün geniş istifadə edilir. Şabalıdın meyvələri isə yüksək qidalılıq dəyərinə malikdir. Şabalıdın tərkibi A, E, C, B qrupu vitaminlərlə, eləcə də dəmir, natrium, kalium, maqnezium kimi elementlərlə, Omeqa-3 və Omeqa-6 yağ turşuları ilə zəngindir. Qeyd edək ki, 100 qram şabalıdın tərkibində 160-180 kalori və 40 qram karbohidrat var. Şabalıd bu xüsusiyyətlərinə görə insana toxluq hissi verir.

İstehlakçılar şabalıdı alarkən ilk olaraq, onun həm xarici görünüşünə fikir verməli, həm də məhsulun satışa qədər düzgün saxlanılmasına diqqət yetirməlidirlər. Keyfiyyətli şabalıdın rəngi parlaq, tünd qəhvəyi, qabığı bərk, çəkisi isə ağır olmalıdır. Zədəli və çatlamış, kiflənmiş, yumşaq, qeyri-təbii rəngli və xoşagəlməz qoxulu məhsulu almaq tövsiyə olunmur. Paketlənmiş formada satılan məhsulun isə etiket məlumatlarını diqqətlə oxumaq, buraxılış və son istifadə tarixinə nəzər yetirmək lazımdır. Şabalıdı otaq temperaturunda sərin və quru yerdə, 4-5 gündən çox olmamaq şərti ilə saxlamaq məsləhətlidir. Məhsulu uzun müddət saxlamaq lazım gələrsə, ən yaxşısı dondurub saxlamaqdır. Həm çiy, həm də qovrulmuş şabalıd dondurucuda təxminən 6 ay saxlana bilər. Şabalıd üçün optimal saxlama temperaturu -1 dərəcə C ilə 0 dərəcə C arasındadır.

Şabalıdı düzgün şəraitdə saxlamadıqda kif köbələklərinin ifraz etdiyi zəhərli toksin - aflatoksin yaranır. Kiflərin səbəb olduğu zəhərlənmələr qısa müddətdə öz əlamətlərini göstərmir. Lakin uzun müddət kifli məhsulların istehlak olunması sonralar müxtəlif şəkildə özünü büruzə verir. Qeyd edək ki, aflatoksinlər, güclü zəhər və kanserogen maddələrdir. Yüksək dərəcədə xərçəng və mutasiya əmələ gətirən birləşmələr olduğuna görə, orqanizmdə ciddi fəsadlara səbəb ola bilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

8 Noyabr münasibətilə Zəfər parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

Vaxtilə Azərbaycana qarşı fəaliyyət göstərmiş şəxslərin yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması tarixi ədalətin bərpasının rəmzidir – ŞƏRH

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər VİDEO

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin parlaq təcəssümüdür

Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər

Tbilisidə Zəfər Günü qeyd olunub

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub

Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Federasiya rəsmisi: Yorğa atların yarışlarının daha da inkişaf edəcəyinə inanırıq

Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət edib

Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub