REGİONLAR
Sabirabadda 105 çarpayılıq yeni xəstəxana kompleksi tikilir
Sabirabad, 31 oktyabr, Mahir Babayev, AZƏRTAC
Səhiyyə Nazirliyinin sifarişi ilə Sabirabadda 105 çarpayılıq yeni xəstəxana kompleksi tikilir.
AZƏRTAC xəbər verir ki, rayonun Qalaqayın kəndində inşa olunan dördmərtəbəli tibb müəssisəsinin tikintisinə 2013-cü ildə başlanılıb. Xəstəxana kompleksi 5 korpus və yardımçı tikililərdən ibarətdir. Artıq dəmir-beton konstruksiyaların quraşdırılması işləri və üç mərtəbədə divar hörgüsü başa çatdırılıb. Hazırda hörgü, suvaq işləri aparılır, pəncərələr quraşdırılır və digər inşaat işləri görülür. Kompleksin gələn ilin iyul-avqust aylarında istifadəyə verilməsi nəzərdə tutulur.
Xəstəxana kompleksi istifadəyə verildikdən sonra rayonun 170 mindən çox sakininə göstərilən tibbi xidmətin səviyyəsi daha da yüksələcək.