Sabirabadda avtomobil yanıb
Sabirabad, 8 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Bu gün səhər saatlarinda Sabirabad rayonunda minik avtomobili yanıb. Hadisə zamanı sürücü xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Hacıbəbir kəndi ərazisində qeydə alınıb. Adıçəkilən kənd sakini Süleymanov Ruslan Məhərrəm oğluna məxsus minik avtomobilində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və alov söndürülüb. Hadisə nəticəsində minik avtomobilinin salon və mühərrik hissəsi yanaraq yararsız hala düşüb, avtomobilin sürücüsü əl və qol nahiyədə yanıq xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, yanğının başvermə səbəbi avtomobilin elektrik naqillərində yaranan qısa qapanma olub.
Faktla bağlı araşdırma aparılır.