MƏDƏNİYYƏT
Şabranda Aydın Tağıyevin “Alma oğurlayan divlər” kitabının təqdimatı keçirilmişdir
Şabran, 7 iyul (AZƏRTAC). İyulun 7-də Şabran kitab evində yazıçı-publisist Aydın Tağıyevin “Alma oğurlayan divlər” kitabının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak etmişlər. Təqdimat mərasimində çıxış edən “Şabran” qəzetinin redaktoru Çingiz Məmmədli yazıçının həyat və yaradıcılığından söz açmışdır. Müəllif, Prezident təqaüdçüsü Aydın Tağıyev ziyalılara göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Kitaba yazıçının son illərdə yazdığı, həyat həqiqətlərini əks etdirən hekayələri toplanmışdır. Kitab “Qanun” nəşriyyatında çap olunmuşdur. Yazıçı Mövlud Süleymanlının ön söz yazdığı kitab müəllifin çap olunan sayca 30-cu kitabıdır.
Bu, Şabran kitab evində keçirilən üçüncü kitab təqdimatıdır.