İDMAN
Sabunçu rayon mədəniyyət müəssisələrinin rayondaxili yarışları keçirilmişdir
Bakı, 16 avqust (AZƏRTAC). Avqustun 16-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) II Spartakiadasına hazırlıq məqsədi ilə H.Abbasov adına mədəniyyət evinin təşkilatçılığı ilə C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbdə Sabunçu rayon mədəniyyət müəssisələrinin işçiləri arasında birinci mərhələ rayondaxili yarışları keçirilərək qaliblər müəyyən olunmuşdur.
BŞMTİ-dən AZƏRTAC-a bildirmişlər ki, şəbəkəyə daxil olan mədəniyyət müəssisələri işçilərinin spartakiadası 11 idman növü üzrə keçirilir.
Ötən il Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri işçilərinin I Spartakiadası keçirilmişdir. Mədəniyyət işçilərinin böyük marağına səbəb olmuş və əsl bayrama çevrilmiş spartakiadanın hər il keçirilməsi qərara alınmışdır.