CƏMİYYƏT
Sabunçu rayonunda Ağdam sakinindən bir kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb
Bakı, 23 aprel, AZƏRTAC
Sabunçu rayonunda Ağdam sakinindən bir kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş H.Musayev Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 260 qramdan artıq, avtomobilindən isə 1 kiloqram 100 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.