CƏMİYYƏT
“Sağlam Düşüncə” Gənclər Təşkilatı Şəkidə düşərgə təşkil etmişdir
Şəki, 4 sentyabr (AZƏRTAC). “Sağlam Düşüncə” Gənclər Təşkilatı gənclərin beynəlxalq əməkdaşlığı sahəsində fəaliyyətini uğurla davam etdirir. Təşkilat Avropa İttifaqının dəstəyi ilə “Öz hüquqlarını təbiətdə tap” adlı layihənin icrasına başlamışdır.
Şəki Şəhər Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində Kiş kəndi ərazisində, təbiətin qoynunda Azərbaycandan, həmçinin Rumıniya, Çex Respublikası, Polşa, Moldova, Gürcüstan və Türkiyədən olan 32 gəncin iştirakı ilə düşərgə təşkil edilmişdir. Çadırlarda yerləşən gənclər açıq hava şəraitində dünyada mövcud olan ekoloji problemlər, ətraf mühitin qorunmasında könüllülüyün rolu, ekoloji çirklənmə və digər mövzular ətrafında müzakirələr aparır, təlimlər keçirlər. Beş gün davam edəcək düşərgə dövründə gənclər, həmçinin Azərbaycanın mədəniyyəti, adət-ənənələri ilə də yaxından tanış olacaqlar.