CƏMİYYƏT
“Sağlam qida” Könüllülərinin Maarifçilik Məktəbi layihəsinin ilk günü yekunlaşıb
Bakı, 13 may, AZƏRTAC
“Sağlam qida” Könüllülərinin Maarifçilik Məktəbi layihəsinin ilk günü yekunlaşıb.
AZƏRTAC Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (ARGTMŞ) saytına istinadla xəbər verir ki, təlimlər iki gün davam edəcək və bu müddətdə Bakı regionundan seçilmiş 18-29 yaş arasında otuz nəfərdən ibarət gənc qida təhlükəsizliyi, sağlam və düzgün qidalanma, sağlam həyat tərzi, fiziki aktivlik kimi mövzularda maarifləndiriliblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ARGTMŞ-ın "Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi" proqramı çərçivəsində “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən keçirilir.